Şabranlı sahibkarlar may ayının ikinci ongünlüyündən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar. Yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır. Gilasın bir kiloqramı keyfiyyətindən asılı olaraq 2-4 manata satılır.Rayonun Şahnəzərli kəndindən olan təsərrüfatçı Telman Zeynalov Şabranda gilasın əsasən “Öküzürəyi”, “Napoleon”, “Ağ Krım” növlərinin yetişdirildiyini bildirib. Bağ sahibləri hazırda gilasın tezyetişən sortlarını toplayırlar. Sahibkar gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyərək, hazırkı satış qiymətinin onları qane etdiyini vurğulayıb.Şabranlı sahibkarlar bir həftədən sonra gilasın digər sortlarının da yığımına başlayacaqlar. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da göndəriləcək.
Tural
|