Sahil Babayev: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır”
Tarix: 27.05.2016 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


“Azərbaycanda İnstitusional Quruculuq” mövzusunda konfrans keçirilib

Bakıda İqtisadiyyat Nazirliyi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda institusional quruculuq əməliyyatlarına dəstək” (SİBA) layihəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda İnstitusional Quruculuq” mövzusunda Konfrans keçirilib. Tədbirdə Azərbaycanın dövlət qurumlarının, Avropa İttifaqının üzv dövlətlərinin səfirliklərinin, beynəlxalq təşkilatlar və fondların nümayəndələri iştirak edib. Konfransın keçirilməsində məqsəd potensial benefisiar qurumları və digər maraqlı tərəfləri Tvinninq, TAİEX, SİQMA və SOCİEUX kimi Avropa İttifaqının institusional quruculuq alətləri və Azərbaycanda bu alətlərdən istifadə etməklə əldə edilən nailiyyətlər barədə məlumatlandırmaq, eləcə də institusional quruculuq fəaliyyətində iştirakın faydaları və yaratdığı imkanlar barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmaqdır.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın həyata keçirildiyini və tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi sahədə də əməkdaşlıq aparılır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkəmizə yatırılan xarici investisiyalarda xüsusi çəkiyə malikdir. Avropa İttifaqının 23 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya, 2 ölkə ilə İşçi Qrupu fəaliyyət göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır və Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın nümunələrindəndir.
Nazir müavini qeyd edib ki, bu günədək Azərbaycanda ümumilikdə 43 Tvinninq layihəsi icra edilib ki, bunlardan 25-i uğurla tamamlanıb, 9 layihə icra mərhələsindədir, 9 layihə üzrə isə sənədlər hazırlanır. Azərbaycan dövlət qurumlarının təşəbbüsü ilə ümumilikdə 150 TAİEX tədbiri həyata keçirilib, bununla yanaşı, dövlət qurumlarının nümayəndələri 68 çoxtərəfli TAİEX tədbirində iştirak edib. Azərbaycanda 15 SİQMA layihəsi həyata keçirilib, 2 SOCİEUX layihəsi icra mərhələsindədir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın əhəmiyyətini və əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. Vurğulanıb ki, Tvinninq layihələrinin sayına görə Azərbaycan Cənub Qafqazda birincidir.
Azərbaycanda Avropa İttifaqının institusional quruculuq alətləri üzrə Proqram İdarəetmə Qurumunun direktoru, İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Ruslan Rüstəmli Tvinninq alətinin Azərbaycandakı nailiyyətləri ilə bağlı iştirakçıları məlumatlandırıb.
Azərbaycanın benefisiar qurumlarının nümayəndələri Tvinninq və TAİEX-lə bağlı təcrübələrini bölüşüblər.
Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun nümayəndəsi Luçiya Santuçone Avropa İttifaqının institusional quruculuq alətləri olan Tvinninq və TAİEX-in Şərq Tərəfdaşlığı ölkələrində tətbiqinə dair ümumi və ölkələr üzrə göstəriciləri tədbir iştirakçıların diqqətinə çatdırıb.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info