«Sərkisyana qarşı mübarizənin həlledici mərhələsi başlasa, Qərb və Amerika onu qorumayacaq»
Tarix: 05.03.2013 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


«Saxta yolla Ermənistan prezidenti seçilən Serj Sərkisyanın minimum məqsədi martın 12-sinə, Moskvaya səfər edib Putinlə görüşənə kimi işğal etdiyi prezident kreslosunu qorumaqdır. Maksimum məqsəd isə ikinci müddət üçün qeyri-legitim prezidentliyini qorumaqdır».
Bu fikirlər erməni ekspert Qalust Qriqoryanın işğalçı ölkə mətbuatında dərc edilən məqaləsində yer alıb. Ekspert yazır ki, indiki məqamda Sərkisyan üçün minimum məqsədə çatmaq maksimum məqsədə çatmaqdan daha çətindir: «Məsələ ondadır ki, prezident seçkilərinin de-fakto qalibi, Sərkisyanın əsas opponenti olan Raffi Ovannisyan mübarizədən geri çəkilməyərək sona qədər getməkdə qərarlıdır. Artıq «İrs» partiyasının nümayəndələri və vəkilləri Konstitusiya Məhkəməsinə iddia ilə müraciət edərək seçkilərin saxta nəticələrinin ləğv edilməsini tələb ediblər. Bütün bu proseslər xalq narazılığının temperaturunun aşağı düşməsi fonunda baş verir. Daha əvvəlki kimi Ovannisyanın keçirdiyi mitinqlərə on minlər gəlmir. Amma bu saxta yolla seçilmiş Sərkisyan və onun ətrafına sevinmək üçün əsas verə bilməz. Çünki Sərkisyan və komandası yaxşı bilir ki, onlara qarşı dayanan narazı qüvvə nə qədər güclüdür. Narazı elektorat əvvəl olduğu kimi monolit deyil. Amma Sərkisyanın əleyhinə səs verənlərin heç olmasa, yarısı küçələrə çıxsa, hakimiyyət təlaşa düşəcək. Belə olan vəziyyətdə Sərkisyan nəyə güvənir? Təbii ki, ABŞ prezidenti Barak Obamaya yox. İkinci qeyri-legitim prezidentlik dönəmi ilə bağlı Sərkisyanı təbrik etməyi maksimum yubadanlar və ona ünvanlanan təbrik mətnindəki ifadələr onun üçün yaxşı heç nə vəd etmir. Əgər ölkə daxilində Sərkisyana qarşı mübarizənin həlledici mərhələsi başlasa və xalq etiraza qalxsa, Qərb və Amerika onu xilas etməyəcək. Amma Rusiya müxtəlif siqnallar göndərir ki, Sərkisyanı, sonuncu Ermənistan vətəndaşına qarşı belə, mübarizə apararaq göz bəbəyi kimi qoruyacaq. Məhz Moskva Sərkisyan üçün sonuncu sığınacaq yeridir. Sərkisyan üçün belə bir sonuncu seçim etməyə dəyərmi? Tarix göstərir ki, Rusiyaya etibar etmək olmaz. Maraqlıdır ki, bunu ilk olaraq elə Respublika Partiyasının rəhbəri olan Sərkisyan unudur. Hansı kibu partiyanın ilk rəhbəri məhz belə bir etibarın qurbanı olub. Doğrudur, hazırda Sərkisyanı Rusiya tərəfdən heç bir həbs təhlükəsi gözləmir. Amma Sərkisyan maksimum məqsədə çatmaq üçün vətənə xəyanət etməyə belə, razıdır».
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info