Əhməd Adalıər: “İki qardaş ölkə arasında dərin mənəvi bağlar var”
Tarix: 27.05.2016 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Şimali Kipr Türk Respublikasında təhsil alan azərbaycalı tələbələr tərəfindən 28 May Respublika Günü ilə bağlı tədbir təşkil olunub. Uluslararası Kıbrıs Universitetində baş tutan bayram tədbirində həmin təhsil ocağının müəllimləri və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin (AKDC) üzvləri və xarici ölkələrdən Şimali Kipr Türk Respublikasında təhsil almağa gələn çoxsaylı tələbələr qatılıblar. Tədbiri giriş sözü ilə açan Uluslararası Kıbrıs Universitetinin prorektoru, professor Əhməd Adalıər iki qardaş ölkə arasında dərin mənəvi bağlar olduğuna diqqət çəkib. Şimali Kipr Türk Respublikasında təhsil alan tələbələrin qardaş ölkədə rahat təhsil ala bildiyini qeyd edib. Bu baxımdan universitetimizdə təhsil alan azərbaycanlı tələbələr həm yaxşı təhsil alır, həm də ictimai işlərdə fəal iştirak edirlər. Professor çıxışının sonunda Beynəlxalq Kıbrıs Universitetinin akademik mühitində uğurlu və vətənpərvər tələbələr kimi tanınan azərbaycanlıların bu bayramını ürəkdən təbrik edib. Hər zaman Azerbaycanı doğma və qardaş ölkə kimi qəbul etdiklərini dilə gətirən Adalıər gələcəkdə BKU ilə Azərbaycan universitetləri arasında əməkdaşlığa da xüsusi maraqla yanaşacaqlarını bildirib. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin Sədri Orxan Həsənoğlu əvvəlcə tədbir iştirakçılarını salamlayaraq bu tədbirin təşkilinə şərait yaradan universitet rəhbərliyinə minnətdarlığını bildirib. Natiq çıxışında son illər Azərbaycanın beynəlxalq aləmdə uğurlar əldə etdiyini, ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hər gün biraz daha tanındığını bildirib. O diaspor sahəsində görülən ciddi çalışmaların artıq bəhrə verdiyini, Azərbaycanın beynəlxalq həcmli layihələrə ev sahibliyi etdiyini bildirib. Kipr - Azərbaycan arasında diplomatik münasibətlərin olmamasının Dağlıq Qarabağ problemi ilə birbaşa əlaqəsi olduğunu bildirən diaspor sədri, buna baxmayaraq Kiprdə təhsil alan azərbaycanlılara daima Azərbaycanın Ankara səfirliyi Təhsil Müşavirliyinin qayğı gösdərdiyini və onlarla daim maraqlandığını bildirib: "Tələbələrimiz burada ölkəmizi təmsil edir. Bu baxımdan istər təhsil sahəsində, istərsə də məişət davranışlarınada buna xüsusi diqqət yetirməlidirlər. Sizi buraya göndərən valideyinlər və ölkəmiz bir an öncə uğurlu nəticələrlə məzun olmanızı gözləyirlər. İnanıram ki, bu yolda onların ümidlərini doğruldacaqsınız". Daha sonra tədbir bu təhsil ocağında təhsil alan tələbələrin müxtəlif musiqi nömrələri davam etdirilib. Tələbələrin timsalında milli mahnılarımızın ifası və müxtəlif milli rəqslərimizin nümayişi tədbir iştirakçıları tərəfindən çox maraqla qarşılanıb. Sonda Uluslararası Kıprıs Universiteti tərəfindən Azərbaycan-Kıbrıs Dostluk Cəmiyyətinə əməkdaşlıq sertifikatı təqdim olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info