Vüsal Quliyev: “Debat proqramı gənclərin natiqlik bacarıqlarının inkişafında ciddi alətdir”
Tarix: 27.05.2016 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


“Respublika Gənclər Debat Forumu 2016: Yaz” layihəsinin bağlanış və mükafatlandırma mərasimi yekunlaşıb. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administirasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edib.
O, bildirib ki, ölkədə çox uğurlu gənclər siyasəti həyata keçirilir və burada gənclər təşkilatının rolu danılmazdır. Gənclər təşkilatları hər zaman innovativ təşəbbüslərlə çıxış edərək, həm paytaxt Bakıda, həm də regionlarda gənclərimizin şəxsi inkişafına yönəlik tədbirlər həyata keçirirlər. Debat Forumlarının keçirilməsi də bu qəbil təşəbbüslərdəndir. Debat proqramı gənclərimizin natiqlik bacarıqlarının inkişaf etdirilməsində, onların ictimai fəallığının artırılmasında, sağlam vətəndaş kimi formalaşmasında ciddi alətdir. Bu baxımdan biz belə yarışların və forumların keçirilməsini dəstəkləyirik. Digər rəsmilərin çıxışlarından sonra forumun qalib və ən yaxşı natiqlərinin mükafatlandırlma mərasimi keçirilib, eləcə də Multikulturalizm ideyalarının gənclər arasında təbliğatının aparılmasında fəaliyyətinə görə Lənkəran, Mingəçevir, Şəki, Gəncə, İsmayıllı Regional Debat Mərkəzləri xüsusi diplomla təltif olunub. 

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info