Dövlət Məşğulluq Xidməti Qafqaz Universitetində aktiv məşğulluq tədbiri keçirib
Tarix: 27.05.2016 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə Qafqaz Universitetində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbiri təşkil edib. Tədbirin açılışında dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən birinin də gənclərin səmərəli məşğulluğunun təmin olunmasına yönəldiyi vurğulanıb. Bildirilib ki, bu sahədə aparılan məqsədyönlü işlər gənclər arasında məşğulluq səviyyəsinin getdikcə artmasına, gənc işçi qüvvəsinin ölkənin sosial-iqtisadi inkişafı proseslərində fəal iştirakının təmin olunmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan gənclər arasında işsizlik səviyyəsinin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir.
Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərində də gənclər xüsusi diqqətdə saxlanılır. Xidmətin xətti ilə bu ilin yanvar-aprel aylarında münasib işlə təmin edilənlərin 35,6 faizini, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların isə 60 faizə qədərini məhz gənclər təşkil edib.
Ali təhsil müəssisələrində «Karyerada ilk addım» devizi altında keçirilən aktiv məşğulluq tədbirləri də gənclərin əmək bazarına inteqrasiyasına, onların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına dəstək məqsədi daşıyır.
Qeyd olunan aktiv məşğulluq tədbirlərinin cari ildə də davam etdirildiyi, bu il Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 5 ali təhsil müəssisəsində belə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.
Tədbir zamanı tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, onların ixtisaslarına olan tələbat barədə məlumat əldə edib, işəgötürənlərlə ilkin əlaqələr qurub, onlara öz şəxsi məlumatları əks olunan CV-lərini təqdim ediblər. İşəgötürənlər isə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Bununla yanaşı, 12-si dövlət, 72-si özəl sektora aid 84 müəssisə tərəfindən 377 boş (vakant) iş yeri də tələbə və məzunlara təklif olunub. Boş iş yerlərinə göndərişlər verilməklə bərabər, əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli, mövsümi işlərdə çalışmaq istəyənlərin qeydiyyatı aparılıb.
Cari il ərzində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirlərinin digər bir sıra ali təhsil müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info