“Azərbaycan və İran arasınıda “dostluq dəmir yolu“ regional əlaqələri daha da asanlaşdıracaq”
Tarix: 27.05.2016 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


“İran və Azərbaycanı birləşdirən dəmir yolunun tikintisi sürətlənib və yaxın vaxtlarda başa çatacaq”. İranın İRNA saytı xəbər verir ki, bu barədə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.İranlı nazir ümidvar olduğunu bildirib ki, Azərbaycan və İran arasınıda "dostluq dəmir yolu" mümkün qədər tez bir zamanda fəaliyyətə başlayacaq və bu dəmir yolu regional əlaqələri daha da asanlaşdıracaq. Dəmir yolu, həmçinin bir neçə ölkə arasında ticarət əlaqələrini inkişaf etdirməyə kömək edəcək."İranın və Azərbaycanın dəmir yolu xəttlərini birləşdirməklə Bakı asanlıqla Mərkəzi Asiya ölkələri, Fars Körfəzi regionu və Hindistana çıxış əldə edə bilər", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan və İran ərazisində tikilən Qəzvin-Rəşt dəmir yolu xətti, eləcə də tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xətti layihələri ilə yaxından tanış olmaq üçün İran İslam Respublikasında səfərdə olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info