“Almaniyada əcnəbilər tərəfindən evlərin qarət edilməsi halları geniş vüsət alıb”
Tarix: 27.05.2016 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


“İnosmi.ru”: “Ötən il 167 min ev qarəti halı qeydə alınıb, bu, 2008-ci illə müayisədə 50 faiz artıqdır”

Almaniyada son illərdə xarici “qastroler” bandaları tərəfindən evlərin basqın və sındırılma yolu ilə qarət edilməsi halları geniş vüsət alıb. Almaniya Daxili İşlər Nzirliyinin məlumatına görə, ötən il ölkədə 167 min ev qarəti və evlərin sındırılma yolu ilə soyulmasına cəhd halı qeydə alınıb. Bu, 2008-ci illə müayisədə 50 faiz artıqdır. Almaniya daxili işlər naziri Tomas de Mezyerin bildirdiyinə görə, cinayətərin bu növündə aparıcı rolu Şərqi və Cənub-Şərqi Avropadan olan qruplaşmalar oynayırlar. Ümumiyyətlə, Almaniya ərazisində əcnəbilərin bu cür cinayətlərdə iştirakı son 7 ildə 27,9%-dən  48,5%-ə qalxıb. Reallıqda isə bu daha çoxdur. Qeyd edək ki, bu barədə “İnosmi.ru” saytında müəllif Dmitri Dobrov bildirir. Almaniya cinayət polisinin federal müəssisəsinin məlumatına görə, məhz xaricilər mütəşəkkil cinayətkarlıq sferasında öncüldürlər. Demək olar ki, bu cür dəstə üzvlərinin hər üç nəfərindən ikisi Litvadan, Türkiyədən, Polşadan, Rumıniyadan, İtaliyadan və Gürcüstandan çıxmadır.
“Qastrolerlərdən” ibarət öndə gedən ölkələr beşliyi isə Serbiya, Rumıniya, Türkiyə, Albaniya və Gürcüstandır. Xüsusən də kiçik Gürcüstanın Almaniyadakı cinayətlərdə çox böyük rol oynaması diqqət çəkir. Bu ölkədən çıxan cinayətkarların sayı Almaniyada son 5 ildə onqat artıb.
Almaniyada müvafiq qurumun konfidensial məruzəsində belə bildirilir: “Gürcü kriminallarının mənzillərdə və ticarət mərkəzlərində həyata keçirdikləri qarətlər xüsusi “peşəkarlığı” ilə fərqlənir.
Gürcü cinayətkarlar mütəmadi olaraq Almaniyaya qaçqın statusu almaq bəhanəsilə gəlirlər. Gürcü miqrantların sayı Almaniyada daim artır – onlardan çox azı qaçqın statusu alır, onlar bütün imkanlardan istifadə edərək ölkədə qərar tutmağa çalışırlar. Hər bir belə “miqrant”ın “göndərişi” təxminən 5 min avro təşkil edir ki, o, sonradan bunu işləyib qazanmalıdır.
Alman təhqiqatçılar etiraf edirlər ki, əcnəbi “qastrolerlər” öz ixtisaslaşmalarına görə, yerli oğru və polisləri çox dalda qayublar. Onlarda çox dəqiq əmək bölgüsü var: “”Tapşırıq” yerinə yetirməyə sadə “əsgərlər” gedir, bu zaman onların fəaliyyəti “yüksəkixtisaslı” peşəkarlar tərəfindən koordinasiya edilir.
Cinayətkarlar yeni kommunikasiya vasitələri və videomüşahidələrdən yararlanırlar. Demək olar ki, kimsə mobil telefonlardan istifadə etmir, əlaqə internet əlavələri olan “WhatsApp” və “Skype”la qurulur.
Kriminalistlərin fikrincə, əsas problemlərdən biri odur ki, cinayətkarlar əldə etdikləri qənimətlərlə maneəsiz olaraq Şengen zonası boyunca səyahət edə, yerlərini dəyişə bilirlər. Bu zaman isə polis əsasən, milli səviyyədə işləyir və onlar əlçatmaz olur. Avropa Birliyi ölkələri arasında, əməkdaşlıq, əsasən, informasiya mübadiləsi zəminində pis qurulub.


“Xüsusən də kiçik Gürcüstanın Almaniyadakı cinayətlərdə çox böyük rol oynaması diqqət çəkir. Bu ölkədən çıxan cinayətkarların sayı Almaniyada son 5 ildə onqat artıb”


Mərkəzi Haaqada yerləşən Avropol da Avropa Birliyi ölkələrində mənzil oğurluqlarının və mənzillərə basqınların artmasından narahatlığını bildirib. Mütəxəssislər etiraf edirlər ki, bu cür cinayətlərdə əsas rolu “qastrolerlər” oynayır və onlar bunu xüsusi əyləncəli cinayət kimi qəbul edirlər. Onlara görə, bu cür cinayətlərin riskləri az, qazancları çox olur.
O da qeyd edilir ki, Almaniyanın özündə kriminallarla ən yaxşı mübarizə aparan bölgə Bavariyadır. Bavariyada yuxarıda qeyd edilən cinayətlərin sayı, ölkənin digər bölgələri ilə müqayisədə azdır. Bavariyanın daxili işlər naziri Yoahim Xermann bütün 16 alman federativ subyektini qərarlı şəkildə hücuma keçməyə və hüquqi dövlətin gücünə inamı qaytarmağa, vətəndaşların şərəfini və əmlakını qorumağa çağırıb.
O da qeyd edilir ki, mənzil qarətləri hüquq-mühafizə orqanları sisteminin ən zəif bəndidir. Ötən il Almaniyada baş vermiş 167 min mənzil qarəti və basqınından cəmisi 15 faizinin üstü açılıb və cinayətkarlardan isə yalnız 3 faizi mühakimə olunub.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info