Obama dünyanı nüvə silahından imtina etməyə çağırıb
Tarix: 27.05.2016 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Barak Obama Xirosima şəhərinə səfəri zamanı dünyanı nüvə silahından imtina etməyə çağırıb.”RİA Novosti” informasiya agentliyi xəbər verir ki, Barak Obama 1945-ci ildə Xirosima atom bombardmanı qurbanlarının xatirə abidəsi önünə çiçək qoyub. Ağ evin rəsmi saytı hadisə yerindən canlı yayım təqdim edib.“Biz yaxın keçmişdə baş verən dəhşətli zorakılıq üzərində fikirləşmək üçün gəlirik. Biz həlak olanları yad etmək üçün gəlirik. Biz bu dəhşətli müharibədə həlak olan günahsız insanların xatirəsini uca tuturuq”, – deyə Barak Obama qeyd edib.ABŞ Prezidenti, həmçinin gələcəkdə belə iztirabların baş verməməsi üçün bütün dünyanın məsuliyyət daşıdığını bildirib və dünya ölkələrini nüvə silahından imtina etməyə çağırıb.Abidəyə gülqoyma mərasimində Barak Obama ilə birgə bombardmanda xəsarət alan və Atom və Hidrogen Bombalarından Zərər Çəkənlər Təşkilatları Konfederasiyasının həmsədrləri Sunao Suboi və Mikiso İvasa, həmçinin bir həftə əvvəl Amerikanın üzr istəməsi tələbi ilə çıxış edən təşkilat katibliyinin başçısı Terumi Tanaka da iştirak ediblər.Beləliklə, Barak Obama Xirosimanı ziyarət edən ilk ABŞ prezidenti olub.Xatırladaq ki, Amerika Hərbi Hava Qüvvələrinin ikinci dünya müharibəsinin yekun mərhələsində - 1945-ci il avqustun 6-da və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı iki atom bombası 200 minədək insanın həyatına son qoymuşdu. Faciə qurbanlarının ümumi sayı isə 450 min nəfərdən çoxdur. Sağ qalanlar radiasiya şüalanmasının yaratdığı xəstəlilklərdən indiyədək əziyyət çəkirlər. Son məlumata görə, onların sayı 183,5 min nəfər təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info