Moskvada MDB İqtisadi Şurasının 70-ci iclası keçirilib
Tarix: 27.05.2016 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Mayın 27-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 70-ci iclası keçirilib.Tədbirdə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.İclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrinə aid məsələlərin geniş kompleksi, maliyyə və iqtisadiyyat sahəsinə dair aktual məsələlərin həlli ilə bağlı Birgə Fəaliyyət Planının, habelə 2020-ci ilə qədər olan dövrdə nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətlərinin həyata keçirilməsinin gedişinin müzakirəsi daxil edilmişdi.İclas iştirakçıları dağ-mədən və metallurgiya, maşınqayırma sahələrində əməkdaşlıq, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının qarşılıqlı tanınması, kontrafakt məhsulların istehsalına və yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq barədə sazişlərin layihələrini nəzərdən keçiriblər. Həmçinin informasiya cəmiyyətinin qurulmasında və inkişafında MDB dövlətlərinin əməkdaşlıq strategiyasının layihəsi, energetika sahəsində əməkdaşlıq konsepsiyasının reallaşdırılması üzrə təxirəsalınmaz tədbirlərin, habelə meşə təsərrüfatı və meşə sənayesi sahəsində əməkdaşlığın əsas istiqamətlərinin həyata keçirilməsi üzrə tədbirlərin birinci mərhələsinin planları da müzakirə edilib.İqtisadi Şuranın üzvlərinə MDB dövlətlərində işgüzar şərait, investorlara güzəştlər, azad iqtisadi zonalar, sənaye parkları və elmi-texniki parklar barədə icmal təqdim edilib.Bundan əlavə, iclas iştirakçıları bir sıra büdcə-maliyyə məsələlərini və təşkilati məsələləri müzakirə ediblər.İqtisadi Şuranın təsdiq etdiyi sənəd layihələri MDB Hökumət Başçıları Şurasının iyunun 7-də Bişkekdə keçiriləcək növbəti iclasına təqdim olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info