Dini ekstremizmə həsr olunmuş dəyirmi masa
Tarix: 27.05.2016 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Dini ekstremizm” mövzusuna həsr olunmuş növbəti dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ənənəvi şəkil alan dəyirmi masaların gənclərdə hərtərəfli dünyagörüşü, intellkt və sağlam təfəkkür formalaşdırdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan tolerantlıqın mövcud olduğu, dini dəyərlərə ehtiramlara yanaşıldığı bir ölkədir. Rektor beynəlxalq terrorizmə, o cümlədən dini ekstrizmə qarşı mütəşəkkil mübarizənin zəruriliyindən danışıb. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi, universitetin əməkdaşı Vüqar Babayev və universitetin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Əbülfəz Əzimli çıxışlarında beynəlxalq terrorizmin, xüsusliə də dini ekstremizmin müasir sivil dünya, milli təhlükəsizlik üçün böyük bəla olmasından bəhs ediblər. Bildirilib ki, Azərbaycan dövləti və xalqı dünyada mövcud olan ayrı-ayrı qondarma dini cərəyanların İslam dininin ali dəyərlərinə zidd olan terror və vəhşiliklərinə qarşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqi barədə 5 dekabr 2015-ci il tarixli Fərmanı bunu bir daha təsdiq edir. Bugünkü gənclik milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmalı, bəşəriyyət əleyhinə olan ekstremizm əleyhinə amansız mübarizə aparmalıdır. Diskussiya şəklində yekunlaşan dəyirmi masada tələbələrin sualları cavablandırılıb.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info