Alman kinorejissoru AMEA-nın Tarix İnstitutunda olub
Tarix: 27.05.2016 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda olub. Görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov alman qonaqlara Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simenslərin Azərbaycandakı fəaliyyəti haqqında geniş məlumat verib: “Tarix İnstitutu Almaniyanın Berlin şəhərinin Bundesarxiv, Xarici İşlər Nazirliyinin Siyasi Arxivi və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində Azərbaycan tarixi ilə bağlı bır sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib”. Alman film rejissoru Fridhelm Brükner Azərbaycan və Gürcüstanda mövcud olan alman irsini sənədləşdirən film layihəsi üzərində işləyir. “Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılmasıdır”, - deyə Brükner bildirib. Kinorejissor F.Brükner qeyd edib ki, bu film layihəsi Azərbaycanın həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcək. Sonda tarixçi-alim Y.Mahmudov Azərbaycan həqiqətlərinin Almaniyada təbliğatının gücləndirilməsinin vacibliyini bildirib. Qeyd edək ki, 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd olunması ilə bağlı qəbul olunmuş qərara əsasən Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək.





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info