Mayamidə keçiriləcək beynəlxalq sərgiyə dəvət almışam”
Tarix: 28.05.2016 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


“Azərbaycanda çox istedadlı rəssamlarımız var. Əksəriyyəti xaricdə, beynəlxalq sərgilərdə iştirak etməyə layiqdirlər”

Müsahibimiz Azərbaycan Rəssamlar İttifaqının üzvü İlham Mirzəyevdir.
Rəssam İlham Mirzəyev 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1980-84-cü illərdə Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxuyub.
1984-86-cı illərdə Sovet ordusu sıralarında xidmətini bitirdikdən sonra yaradıcılıqla məşğul olub. SSRİ Rəssamlar İttifaqı Gənclər bölməsinin üzvü olub. 1991-ci ildən, SSRİ Rəssamlar İttifaqının, elə həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1992-ci ildə quruluşçu rəssam kimi türk yazıçısı Əziz Nesinin “Taxtalı köydən məktublar” əsəri Naxçıvan Dövlət Dram teatrında tamaşaya qoyulub. 1992-ci ildə Fərdi yaradıcılıq sərgisi Azərbaycan Rəssamlar İttifaqının-Naxçıvan filialında açılıb. 1993-cü ildə “Abşeron rəngləri” qalereyasında Fərdi yaradıcılıq sərgisi açılan rəssam 2010-cu ildə üç əsərinə görə -“Sivilizasiya”(triptix), “Sakitlik”, “Miraj-II” diplomlara layiq görülüb. Bundan başqa, 2011-ci ildə “GERMANARTWEEK-2011” yaz Beynəlxalq konkurs sərgisində “Abstakt - rəngkarlıq” nominasiyasında 1-ci yerə - (“Rənglərin ahəngi-3” əsəri) “Dini və ezoterik incəsənət” nominasiyasında 2-ci yerə (“Təmizliyin faciəsi” əsəri) layiq görülüb.
2011-ci ildə “St.PETERSBURRG ART WEEK-2011” Beynəlxalq konkurs sərgisində isə “Abstakt rəngarlıq” nominasiyasında “Rənglərin ahəngi-3” əsəri 3-cü yerə, “Dini və ezoterik incəsənət” nominasiyasında “Təmizliyin faciəsi” əsəri 1-ci yerə layiq görülüb. 2012 -ci ildə iki əsəri Beynəlxalq İncəsənət Fondunun kataloquna daxil edilib.
2014-cü ildə rəssamın Azərbaycan Rəssamlar İttifaqı, Vəcihə Səmədova adına sərgi salonunda Fərdi yaradıcılıq sərgisi keçirilib. Əsərləri - Naxçıvan MR Ali Məclisin sədrində, Heydər Əliyev Fondunda, “SOTBİ” (London-İngiltərə) auksionun aksionerlərindən birində-Monakoda, şəxsi kolleksiyalarda və xarici ölkələrdə saxlanılır.
-Sizi, bəzən portret ustası kimi təqdim edirlər. Amma əsərləriniz müxtəlif janrlardadır. Bu nə ilə bağlıdır? Portretimi daha çox sevirsiniz?
- Mən portret janrını o qədər sevmirəm. Sifariş olanda çalışıram öz dəst-xəttimə uyğun, layiqli yerinə yetirim. Ona görə ki, əsərin altından imza atıram. Daha çox fəlsəfi mövzulara müraciət edirəm. Rəssam hansı janrdan asılı olmayaraq, çalışmalıdır ki, özünəməxsus qaydada işi başa çatdırsın. Bir rəssam kimi, mən də bu sahədə çalışıram.
- Berlində keçirilən rəsm sərgisində 1-ci yeri tutubsunuz. Bu zaman hansı hisləri keçirdiniz?
- Berlində keçirilən beynəlxalq sərgidə 1-ci yeri almağım, bütün rəssamlar kimi mənə də bir anlığa xoşbəxt anlar yaşatdı.
Ümumiyyətlə, Azərbaycanda çox istedadlı rəssamlarımız var. Əksəriyyəti xaricdə, beynəlxalq sərgilərdə iştirak etməyə layiqdirlər. Ancaq müəyyən səbəblərdən iştirak edə bilmirlər. Bu il mən 4-5 ölkədən dəvətlər almışam. Lakin hazırda 4 möhtəşəm beynəlxalq sərgidə iştirak edə bilmədim. Mayamidə keçiriləcək Beynəlxalq sərgiyə də dəvət almışam ki, o da dekabr ayında olacaq. İnşallah, qismət olsa, iştirak edəcəyəm. Gərək rəssamlarımız bu beynəlxalq sərgilərdə iştirak etsinlər ki, dünya səviyyəsində öz sözlərini deyə bilsinlər. İndi Beynəlxalq sərgiləri keçirənlər rəssamlara fərqli qaydada yanaşırlar. Ancaq çətin də olsa, iştirak etmək lazımdır.
-Rəssamlığın inkişafını, o cümlədən gənclərin rəssamlığa marağını necə qiymətləndirirsiniz?
- Gənclərimiz, təbii ki, dünyaya bizim kimi baxmırlar. Onlar daha çox texnikanın inkişaf etdiyi bir vaxtda, daha çox texnika ilə maraqlanırlar.
-Sizin quruluşçu rəssam kimi də fəaliyyətiniz var. Ümumiyyətlə, quruluşçu rəssam kimi davamlı çalışmaq istərdinizmi?
- Mənə bir dəfə Naxçıvan Dövlət Dram teatrında Əziz Nesinin “Taxtalı köydən məktublar” əsəri ilə bağlı müraciət olunub. Bu əsərdə quruluşçu rəssam kimi çalışmışam. Ancaq mən teatr rəssamı olmamışam. Əgər müraciət olunsa, bəlkə də edərəm.
-Tamaşaçıların rəsm əsərlərinə diqqəti sizi qane edirmi? Bu gün yetərincə tamaşaçı auditoriyası varmı?
- Əgər sözün düzünü desəm, mən “yox” deyərdim. Niyə? Rəssam sərgi təşkil edir, rəssam kataloq, dəvətnamə, afişa buraxdırır, rəssam furşet təşkil edir, rəssam qonaq dəvətedir və s. Ancaq açılış günü tamaşaçı yetərincə olur. Başqa vaxtlar sərgidə tək-tük tamaşaçı görmək olur.
Nigar





 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info