“Bizim əməkdaşlığımız sınağa davam gətirdi”
Tarix: 28.05.2016 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Rusiyada Azərbaycan haqqında daha çox bilməlidirlər. Bu proses gedir. Öz işimdə rusiyalıların sizin ölkəyə marağının, Azərbaycana gəlmək və buranı öz gözləri ilə görmək istəyinin artdığını hiss edirəm”

“Türkiyə-Rusiya münasibətləri ilə bağlı əsas məsələ odur ki, baş verənlər Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etmir”. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin suallarını cavablandırarkən deyib. O bildirib ki, rəsmi Moskva Azərbaycanın bu məsələdə ölçülü siyasətini yüksək qiymətləndirir:
“Bizim əməkdaşlığımız sınağa davam gətirdi. Mənim Azərbaycanda yüksəkvəzifəli həmsöhbətlərimdən biri dedi ki, “biz Rusiya və Türkiyə arasında baş verənlərdən sizdən çox narahatlıq keçiririk”. Düşünürəm ki, o şişirtməyib. Azərbaycan üçün nəinki iki yaxın ölkə arasında münaqişəni görmək emosional şəkildə ağrılıdır, həm də o düzgün praktik addımlar atmalıdır. Tarixi oxuyanlar bilir ki, Rusiya-Türkiyə münasibətləri hər zaman mürəkkəb olub. Bir neçə müharibələr olub. Düzdür, sonradan biz həmişə barışmışıq. Ümid edirəm ki, bu, hazırkı vəziyyətdə də baş verəcək. Hər şey Türkiyə tərəfindən asılıdır. Onlar nə etməli olduqlarını bilirlər”.
Səfir deyib ki, Rusiyanın Azərbaycan və Ermənistanla münasibətləri tarixən fərqli şəkildə inkişaf edib. O bildirib ki, bu məsələdə etnik, dini və mədəni faktorlar var: “Siyasət və iqtisadiyyat böyük əhəmiyyət daşıyır. Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqi olmaq qərarını verdi və bizim ölkə ilə dərin iqtisadi inteqrasiyaya daxil oldu. Azərbaycan isə hərbi-siyasi və iqtisadi öhdəlik olmadan əməkdaşlıq yolunu seçdi. Biz hər iki seçimə hörmətlə yanaşırıq. Biz bu ölkələri qarşı-qarşıya qoymuruq”. Səfir qeyd edib ki, Moskva Azərbaycanla Ermənistanın əleyhinə və ya əksinə dostluq etmir. “Bu, həm də hər iki ölkənin Rusiyadakı diasporuna aiddir. İstəmirik ki, Rusiya azərbaycanlı və ermənilərin hansısa incikliklərini aydınlaşdıracağı yerə çevrilsin. Bizim bütün dövlət siyasətimiz buna yönəlib. Ancaq nə zamansa deyəndə ki, Rusiyada ermənilərə nisbətən azərbaycanlılara qarşı pis davranırlar, bu, emosiyadır. Ümid edirəm ki, bunların hamısı keçəcək. Digər məsələ isə odur ki, mən dəfələrlə demişəm ki, Rusiyada Azərbaycan haqqında daha çox bilməlidirlər. Bu proses gedir. Öz işimdə rusiyalıların sizin ölkəyə marağının, Azərbaycana gəlmək və buranı öz gözləri ilə görmək istəyinin artdığını hiss edirəm. Lakin həm siz, həm də biz daha çox iş görməliyik”. Səfir deyib ki, Dağlıq Qarabağ münaqişəsini Azərbaycanla Ermənistan özləri həll etməlidir: “Kimsə deyirsə ki, Rusiya münaqişəni 15-20 dəqiqəyə həll edə bilər, o yanılır. Rusiya yalnız vasitəçi ola bilər. Hər hansı tərəfə təzyiq göstərməklə, lazımi nəticə əldə oluna bilməz. Əsasən etimad olmalıdır, onu isə yalnız ölkələr yarada bilər”. Diplomat qeyd edib ki, aprelin əvvəlində baş verən hadisələr hazırkı vəziyyətin nə dərəcədə təhlükəli olduğunu göstərib: “Bir şey də açıq-aydın məlum oldu ki, yeganə məntiqli yol problemin sülh yolu ilə həllidir. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticələr çıxarmalıdır. Rusiya da nəticə çıxarır və vasitəçilik səylərini artıracaq”. Vladimir Doroxin tələbələrin neft qiymətinin kəskin düşməsinin hər iki ölkəyə təsiri ilə bağlı suallarını cavablandırarkən deyib ki, həm Rusiya, həm də Azərbaycan öz siyasətlərində sərt dönüş edib. O bildirib ki, bu qiymət düşməsinin müsbət və mənfi tərəfləri var: “Bu şok terapiyasıdır. Bunun sayəsində biz nəhayət, anlamalıyıq ki, gah gələn, gah da gəlməyən pullar deyil, özümüz qazandığımız pullar hesabına yaşamalıyıq. Həm Rusiya, həm də Azərbaycan öz siyasətlərində sərt dönüş edib. Ciddi şaxələndirmə layihələri hazırlanıb. Rusiyada deyildiyi ki, düşünürəm ki, bizdə alınacaq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info