28 May - Respublika Günü dünyanın müxtəlif ölkələrində qeyd edilir
Tarix: 28.05.2016 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


28 May - Respublika Günü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər təşkil olunub. Belə tədbirlərdən biri Yeni Zelandiyada keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibətilə ölkəmizin Avstraliyadakı səfirliyi Yeni Zelandiyanın paytaxtı Vellinqtonda rəsmi qəbul təşkil edib. Tədbirdə ölkə parlamentinin üzvləri, Xarici İşlər və Ticarət Departamentinin məsul şəxsləri, ölkənin aparıcı dövlət və özəl şirkətlərinin, tədqiqat mərkəzlərinin və universitetlərin nümayəndələri, Yeni Zelandiyada akkreditə olunan diplomatik korpusun rəhbərləri, burada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Qəbul Azərbaycanın və Yeni Zelandiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ölkəmizin Avstraliyadakı və eyni zamanda, Yeni Zelandiyadakı səfiri Rövşən Cəmşidov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında danışıb. Cümhuriyyətin qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Azərbaycanın dövlət quruculuğunda oynadığı böyük rol barədə tədbir iştirakçılarına məlumat verib. Yetmiş illik fasilədən sonra Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini deyən səfir müstəqilliyin ilk illərində böyük çətinliklərlə qarşılaşan xalqımızın bu problemləri uğurla aradan qaldırmasından bəhs edib. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, iqtisadi artım göstəriciləri haqda qonaqlara məlumat verən R.Cəmşidov ölkəmizin bütün sahələrdə qazandığı uğurları mərasim iştirakçılarının diqqətinə çatdırıb. O, cari ilin iyununda “Formula-1” Avropa Qran-prisinin Bakıda keçiriləcəyini qeyd edib.
Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə toxunan diplomat bunun bütün regionun hərtərəfli inkişafına mənfi təsir göstərdiyini təəssüflə bildirib. R.Cəmşidov Azərbaycanın dünya ölkələrindən problemin həllində qəti, ədalətli mövqe gözlədiyini vurğulayıb və təcavüzkar ölkə ilə işğala məruz qalanın fərqləndirilməsinin zəruriliyini qeyd edib.
Çıxışının sonunda səfir Azərbaycan ilə Yeni Zelandiya arasındakı ikitərəfli əlaqələrdən bəhs edərək respublikamızın bu ölkə ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
Yeni Zelandiyanın gömrük və əlillik məsələləri naziri Niki Vaqner ölkəsinin hökuməti adından Azərbaycan xalqını və Prezidentini 28 May - Respublika Günü münasibətilə təbrik edib. Ölkələrimiz arasında qarşılıqlı siyasi və iqtisadi əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini xüsusi vurğulayan nazir ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb. O, Yeni Zelandiya hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə, danışıqlar yolu ilə ədalətli həllinə tərəfdar olduğunu bildirib.
Tədbirdə Azərbaycanın iqtisadiyyatını, turizm imkanlarını və mədəniyyətini özündə əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycan mətbəxinin nümunələri və müxtəlif içkilər təqdim edilib.
Azərbaycanın Macarıstandakı səfirliyi də 28 May - Respublika Günü münasibətilə Budapeştin “Rits-Karlton” otelində qəbul təşkil edib. Həmçinin Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən də 28 May - Respublika Günü münasibətilə Mexikoda rəsmi qəbul, Azərbaycanın Kanadadakı səfirliyi paytaxt Ottavada 28 May - Respublika Günü münasibətilə təntənəli ziyafət təşkil edib.
Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğu da 28 May - Respublika Günü münasibətilə bu şəhərdəki “The Kars Park” otelində rəsmi mərasim təşkil edib.
ABŞ-ın Kaliforniya ştatının bəzi vilayət və şəhərlərində Mayın 28-i Azərbaycan Milli Günü elan edilib. Bununla bağlı müvafiq bəyannamələr Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna təqdim olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibətilə ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tanınmış Riviera Mərkəzində ziyafət təşkil edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info