“Xocalı qətliamı haqqında beynəlxalq ictimaiyyətə məlumatlar çatdırılmalıdır”
Tarix: 05.03.2013 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Romada “Münaqişələr zamanı insan hüquqlarının pozulması: Xocalı qətliamı - Qafqazda Srebrenitsa” adlı konfrans keçirilib

İnsan hüquqları üzrə İtaliya Helsinki Komitəsinin təşkilatçılığı ilə Romanın “Tempio di Adriano” sarayında “Münaqişələr zamanı insan hüquqlarının pozulması: Xocalı qətliamı - Qafqazda Srebrenitsa” adlı beynəlxalq konfrans keçirilib. Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb.
Konfransı İtaliyanın Sapienza Universitetinin beynəlxalq inkişaf və əməkdaşlıq üzrə prorektoru professor Antonello Biacini açıb. Öz çıxışında o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq Xocalı və Srebrenitsanın oxşar və fərqli cəhətlərini qeyd edib. Daha sonra Sapienza Universitetinin beynəlxalq hüquq üzrə professoru Sercio Markizio münaqişələr zamanı insan hüquqlarının pozulmasına görə məsuliyyətin təyin edilməsi üçün Xocalı qətliamı haqqında beynəlxalq ictimaiyyətə məlumatın çatdırılmasının vacibliyini vurğulayıb. S.Markizio bildirib ki, Xocalı qətliamının Srebrenitsa ilə müqayisədə əsas fərqi hüquq nöqteyi-nəzərdən beynəlxalq ictimaiyyət tərəfindən indiyə qədər heç bir addımın atılmamasıdır. Daha sonra Almaniyanın “Freedom Rights Project” təşkilatının aparıcı mütəxəssisi professor Aaron Rods qaçqın və məcburi köçkünlər haqqında danışaraq bir neçə dəfə Azərbaycanda olarkən qaçqın düşərgələrinə səfərlərini və orada yaşayanların ağır vəziyyətlərini xatırladıb. A.Rods Xocalı qətliamı ilə bağlı ədalətin bərpa olunmasının vacibliyini və beynəlxalq ictimaiyyətin bu məsələyə diqqət yetirəcəyinə inandığını bildirib. Daha sonra insan hüquqları və beynəlxalq humanitar hüquq üzrə Azərbaycan mütəxəssisi Azad Cəfərli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq münaqişələr zamanı insan hüquqlarının pozulmasında təqsirli olanların məhkəmə mühakiməsi yolu ilə cəzalandırılmasının vacibliyi haqqında danışıb. O, Xocalı qətliamına ədalətin bərpa olunması üçün fərdi məsuliyyətin təyin edilməsi məsələsini qeyd edib. Sonda İnsan hüquqları üzrə İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqo müzakirələri yekunlaşdıraraq Xocalı qətliamına ədalətin bərpa olunmasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində mühüm rol oynayacağını qeyd edib. Tədbirin sonunda auditoriyanın çoxsaylı sualları cavablandırılıb və mövzu ilə əlaqədar müzakirələr aparılıb. Konfransda İtaliyanın nüfuzlu ali təhsil ocaqlarının, dövlət və ictimai təşkilatlarının, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak edib.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info