Cüdoçularımız “World Masters” turnirində iki medal qazanıblar
Tarix: 28.05.2016 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turnirinə start verilib. Mötəbər turnirin ilk günüdə Azərbaycan millisinin iki üzvü tatami üzərinə çıxıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən xəbər görə, 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov yarışa 1/4 final mərhələsindən, türkiyəli idmaçı Bəkir Özlü üzərində qələbə qazanaraq başlayıb. Yarımfinalda Fransa cüdoçusu Valide Hyarı məğlub edən O.Səfərov adını finala yazdırıb. Həlledici görüşdə daha bir Fransa təmsilçisi Vinsent Limare ilə qarşılaşan idmançımız rəqibini məğlub edərək qızıl medala sahib olub.
Digər cüdoçumuz Nicat Şıxəlizadə 66 kiloqram çəki dərəcəsində mübarizəyə italiyalı Fabio Basileni məğlub edərək başlayıb. Lakin 1/4 finalda Monqolustan təmsilçisi Tumurxuleq Davadorja məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. N.Şıxəlizadə bu mərhələdəki ilk qarşılaşmasında yaponiyalı Tomofumu Takayo üzərində qələbə qazanıb. Bürünc medal uğrunda görüşdə isə portuqaliyalı Sergiu Oleinikə qalib gələrək millimizin aktivinə ikinci medalı yazdırıb.
Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info