“Gömrük orqanları qarşısında vacib məqsədlər qoyulub”
Tarix: 31.05.2016 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Ali Neft Məktəbində “Multisektoral əməkdaşlıq: müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
"APA-Economics" xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM), Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin birgə təşkilatçılığı gerçəkləşən konfransın açılış mərasimində çıxış edən DGK sədri Aydın Əliyev bildirib ki, bu gün hər bir dövlət qurumunda əsas məsələ peşəkar kadrların yetişdirilməsi və onların aidiyyəti strukturlara yerləşdirilməsidir.
Azərbaycanın gömrük tarixindən danışan A. Əliyev dünya gömrük sahəsində ölkə gömrüyünün böyük rola malik olduğunu vurğulayıb, gömrük əməkdaşlığının yüksək səviyyədə olduğunu deyib: “Son zamanlar gömrük orqanları qarşısında vacib məqsədlər qoyulub. Azərbaycanın ixrac potensialı məhz neft və qaz sahəsindən asılı olub. Bu günə qədər Azərbaycanın neft-qaz sahəsinə 50 milyard dollardan artıq vəsait yatırılıb. Gömrük orqanları qarşısında dayanan problemlərdən biri də fiziki şəxslərə verilən imtiyazlardan qeyri-qanuni istifadədir ki, bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub və yaxın günlərdə müvafiq qərar qəbul olunacaq”.
Son illər gömrük sahəsində görülən işlər və həyata keçirilən tədbirlərdən danışan A. Əliyev vurğulayıb ki, ötən illə müqayisədə siqaret və tütün məhsullarının idxalı 6 dəfə azalıb.
Konfransda “Gömrük siyasəti beynəlxalq inkişafın aparıcısı kimi” mövzusunda məruzə edən “KGH Sərhəd Xidməti” şirkətinin prezidenti, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin məsləhət şurasının üzvü Lars Karlsson beynəlxalq gömrük akademiyalarının fəaliyyəti barədə məlumat verib.
Sonra BANM rektoru Elmar Qasımov “Azərbaycan iqtisadiyyatının inkişafında neft strategiyasının rolu”, DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “Gömrük xidmətində innovasiya layihələrinin tətbiqi və idarə olunması prinsipləri”, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycanda Hasilatın Pay Bölgüsü sazişləri üzrə gömrük prosedurları”, DGK-nın baş inspektoru, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin meneceri Lalə İmanova “Qeyri-neft sektorunun inkişafı istiqamətində gömrük prosedurlarının təkmilləşdirilməsi və sadələşdirilməsi” və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubski “Dəniz neft qurğularının hüquqi statusu ilə bağlı problemlər - beynəlxalq hüquq və dövlət təcrübəsi” adlı məruzələrlə çıxış ediblər.
Konfransda BANM və DGK-nin Akademiyasının tələbə və müəllimləri “Azərbaycan gömrük xidmətinin tarixi və inkişaf mərhələləri”, “Avropa İttifaqının hüququ və Azərbaycan Respublikasının hüquq sistemində aksiz vergisinin hüquqi tənzimlənməsi”, “İqtisadiyyatın gömrük tənzimlənməsi”, “Azərbaycan post-neft dövründə”, “Qaçaqmalçılıqla mübarizə”, “Yerli iqtisadiyyatda kənd təsərrüfatının rolu”, “Ümumdünya gömrük əməkdaşlığı: çağırışlar və perspektivlər”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “İqtisadiyyat və gömrük: qarşılıqlı təsirlər”, “İqtisadi artım və tənəzzül”, “Azərbaycanın gömrük sistemində “bir pəncərə” sistemi” və “Beynəlxalq ticarətdə risklər” adlı məruzələr dinlənilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info