Bakı-Şamaxı avtomobil yolu yenidən qurulur
Tarix: 31.05.2016 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik ( 76 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsi uğurla icra olunur."Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, layihəyə uyğun olaraq yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3,75 m, ayrıcı zolağın eni 5 m, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 m-dir.Hamarlayıcı lay 50 sm, əsasın qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layının qalınlığı isə 15 sm olmaqla yol geyiminin əsasının qalınlığı 87 sm-dir.Bitumlu əsas layının qalınlığı 19 sm, əlaqələndirici asfalt layının qalınlığı 6 sm, üst aşınma layının qalınlığı 4 sm olmaqla yol örtüyünün əsası isə 29 sm təşkil edəcək. Ümumilikdə yol geyiminin qalınlığı 1 m 16 sm olacaq.Layihə çərçivəsində 123 ədəd ( 81 əd.tikilib ) dairəvi borunun, 14 ədəd ( 13 əd.tikilib ) düzbucaqlı su keçidinin, 19 ədəd ( 13 əd.tikilib ) alt keçidin və 26 ədəd ( 6 əd.tikilib ) drenaj borularının tikintisi nəzərdə tutulub. Həmçinin yol boyu zəruri olan ərazilərdə 6 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır.
Bundan başqa, layihə üzrə 11 ədəd geri dönməni təmin etmək üçün xüsusi hissələrin və Ceyrankeçməz çayı üzərində 2 körpünün tikintisi də aparılır. Yolun 63-cü km-də inşa edilən körpünün uzunluğu 47,5 m, 68-ci km-də tikintisi aparılan körpünün uzunluğu isə 54,2 m-dir.Hazırda yolun 15-45-ci kilometrliyində genişlənən hissədə işlər demək olar tam yekunlaşıb. Yolun 45-91-ci km-lik hissəsində müəyyən ərazilərdə yolun genişləndirilməsi işləri və yol boyu kommunikasiya xətlərinin köçürülməsi işləri başa çatdırılıb. Hazırda torpaq yatağının, yol geyiminin dənəvər laylarının, asfaltbeton layların, suötürücü boruların, yeraltı keçidlərin tikintisi işləri görülür.Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsinin müəyyən ərazilərində mövcud yolun yenidən tikilməsi, bəzi hissələrdə yeni yol oxuna uyğun yolun tikilməsi, yerüstü piyada keçidlərinin inşası, zəruri olan yerlərdə işıqlandırma sisteminin qurulması, yolun xətlənməsi və nişanlanması işlərinin də yaxın müddət ərzində icrası təmin olunacaq.
Ümumilikdə isə layihə üzrə görülmüş işlərin həcmi 55-60% təşkil edir.
Dünya Bankı ilə imzalanmış "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107 km-lik hissələrinin də I texniki dərəcəyə uyğun olaraq yenidənqurulması nəzərdə tutulur. Hazırda həmin layihələr tender mərhələsindədir və yaxın gələcəkdə onların da icrasına başlanılacaq.Qeyd edək ki, regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.
vTural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info