Qarabağla bağlı aksiya başlanıb
Tarix: 31.05.2016 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi, ”Gənc Liderlər Heydər Əliyev Yolunda” “Facebook” dəstək kampaniyası uşaq və yeniyetmələr arasında «Dağlıq Qarabağ Azərbaycan ərazisidir”, «Biz evimizə, Qarabağa getmək istəyirik» sloqanları altında aksiyanın təqdimat günü həyata keçirdi. Təqdimatda «Dağlıq Qarabağ Azərbaycan ərazisidir», «Biz evimizə, Qarabağa getmək istəyirik» sloqanları altında hazırlanmış videoçarx təqdim olundu. Təqdimata giriş sözü ilə “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin təsisçi direktoru Dilşad Əhədova başladı. Gənc liderlər Heydər Əliyev yolunda “Facebook” səhifəsinin lahiyə rəhbəri Nicat Müslümov öz çıxışı ilə davam edərək, sözü tədbirdə iştirak edən qonaqlara verdi. Aysel Rəsulzadə “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi jurnalının redaktoru, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Biriliyinin sədri İradə Nəsirova Samirə Seyidova 179 nömrəli məktəbin müəlliməsi, Ülfan Mirzəzadə Azərbaycan Dillər Universitetinin müəlliməsi, Brilyant Süleyman İTV-nin əməkdaşı öz çıxışlarında aksiyanı bəyəndiklərini söyləyib, hər zaman dəstək olacaqlarını söylədilər. Qarabağın işğalından 20 ildən çox vaxt keçsə də, Azərbaycan torpağlarının tezliklə işğaldan azad ediləcəyinə ürəkdən inandıqlarını vurğulayıblar. "Hazırda Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi kəskin vəziyyətdədir. Biz düşmən ölkə ilə 25 ildir ki, müharibə şəraitindəyik. Atəşkəs elan edilsə də, Ermənistan demək olar ki, hər gün atəşkəsi pozur və bununla yanaşı bütün dünyaya haqqımızda yalan informasiyalar yaymağa davam edir. Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasında başlayan informasiya müharibəsinin tarixi Qarabağ müharibəsindən çox-çox əvvələ təsadüf edir. SSRİ dönəmində Ermənistan Azərbaycana qarşı gizli informasiya müharibəsinə əl ataraq tarixi saxtalaşdırıb, tarixi yerlərimizin adını dəyişdirib.Çox sevindirici haldır ki, gənclər sosial şəbəkələrdə xüsusilə facebook, tvitterdə erməni aktivistləri tərəfindən gündüz və gecə paylaşılmış bütün məlumatlara layiqli cavab verir.Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilir: "Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər cənab Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqlarını vurğulayıb, gələcəkləri olduqları Azərbaycan dövlətçiliyinin ətrafında daim yumruq kimi birləşəcəklərini əminliklə ifadə edib .179 nömrəli məktəbin və Heydər Əliyev adına Liseyin şagirdlərinə də söz verildi. Onlar Qarabağ barəsində öz fikirlərini bir neçə şeir parçası ilə bildirdilər. Sonda tədbir təşkilatçıları və qonaqlar birgə xatirə şəkli çəkdirdi.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı
24.06.2019
DİN-də əməliyyat müşavirəsi keçirilib
24.06.2019
DGK rəhbərliyi Gəncə, Göygöl, Daşkəsəndə vətəndaşları qəbul edib
24.06.2019
“Loqos” da Yunus Əmrə İnstitunun təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info