“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Suraxanıda qeyd edilib
Tarix: 31.05.2016 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev parkında çoxsaylı uşaqların iştirak etdiyi bayram tədbiri keçirilib. Xüsusi tərtibatla bəzədilmiş parkda uşaqlar üçün əsl bayram əhval-ruhiyyəsi hökm sürüb. Tədbirdə aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və məktəblilər iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov musiqili fəvvarələr quraşdırılmış meydana bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik edib və bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. İlqar Abbasov xüsusi vurğulayıb ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət var. Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Sonra Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının, mədəniyyət evlərinin, 3 saylı musiqi məktəbinin kollektivləri, həmin mədəniyyət saraylarında və musiqi məktəbində, dərnəklərdə məşğul olan uşaqlar, məktəblilər fəvvarələrin ətrafında amfiteatrı olan meydanda konsert proqramı ilə çıxış ediblər. Uşaqlar bayram münasibəti ilə təşkil olunmuş şən startlarda 6 idman növü üzrə mübarizə aparan komandaların yarışını izləyiblər, Heydər Əliyev Mərkəzinin Rəsm studiyasında məşğul olan məktəblilərin asfalt üzərində təbaşirlə çəkdikləri rəsmlərə həvəslə baxıblar. Münsiflərin müəyyənləşdirdiyi qaliblər mükafatlandırılıblar və bayramı uşaqlar böyük sevinclə qeyd ediblər.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info