Füzulidə 100 min tondan artıq taxıl istehsalı proqnozlaşdırılır
Tarix: 31.05.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda fermerlər və torpaq mülkiyyətçiləri arpa biçininə başlayıblar.Rayon icra hakimiyyətindən bildiriblər ki, cari ilin məhsulu üçün 35 min 818 hektarda taxıl yetişdirilib. Bu, əvvəlki illə müqayisədə 4134 hektar çoxdur. Zəmilərin 23 min 895 hektarı buğda, 11 min 923 hektarı isə arpadır. Taxıl zəmilərinə normal qulluq göstərilməsi, sahələrin vaxtında gübrələnməsi, aqrotexniki tədbirlərə əməl edilməsi sayəsində bu il bol məhsul götürülməsi proqnozlaşdırılır.Rayonda taxıl biçini kampaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri aparılıb, texnika saz vəziyyətə gətirilib.Taxıl biçininə 60-dan çox kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilib. Kombaynların kəndlər üzrə bölgüsü aparılıb. Taxıl biçini əkin sahələri nəzərə alınmaqla, növbəlilik əsasında həyata keçirilir. Ötən il zəmilərdən 112 min ton məhsul əldə edən füzulili taxılçılar bu il də 100 min tondan artıq taxıl istehsal etməyi qarşıya məqsəd qoyublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info