Tolerantlığın məkanı olan Azərbaycanda dini dəyərlərə ehtiramla yanaşılır
Tarix: 31.05.2016 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Azərbaycan dövləti və xalqı dünyada mövcud olan ayrı-ayrı qondarma dini cərəyanların İslam dininin ali dəyərlərinə zidd olan terror və vəhşiliklərinə qarşıdır.AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində keçirilən “Dini ekstremizm” mövzusuna həsr olunan “dəyirmi masa”da səsləndirilib.Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ənənəvi şəkil alan “dəyirmi masa”ların gənclərdə hərtərəfli dünyagörüşü, intellekt və sağlam təfəkkür formalaşdırdığını vurğulayıb.Qeyd olunub ki, Azərbaycan tolerantlığın mövcud olduğu, dini dəyərlərə ehtiramla yanaşıldığı bir ölkədir. Rektor beynəlxalq terrorizmə, o cümlədən dini ekstremizmə qarşı mütəşəkkil mübarizənin zəruriliyindən danışıb. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev və universitetin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Əbülfəz Əzimli çıxışlarında beynəlxalq terrorizmin, xüsusilə də dini ekstremizmin müasir sivil dünya və milli təhlükəsizlik üçün böyük bəla olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan dövləti və xalqı İslam dininin ali dəyərlərinə zidd olan terror və vəhşiliklərə qarşıdır. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 5-də imzaladığı Fərman bunu bir daha təsdiq edir.
Vurğulanıb ki, bugünkü gənclik milli mənəvi dəyərlər əsasında tərbiyə olunmalı, ekstremizm əleyhinə amansız mübarizə aparmalıdır.
Diskussiya şəklində yekunlaşan “dəyirmi masa”da tələbələrin sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info