Xalası oğlu Riyad Əliyevdən imtina etdi
Tarix: 31.05.2016 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Özünü Təfəkkür Universitetinin təsisçilərindən biri və bu universitetin Kiyev filialının rektoru adlandıran, hüquq-mühafizə orqanları tərəfindən 2014-cü ilin noyabr ayında beynəlxalq axtarışa verilən Riyad Əliyevin xalası oğlu Həsənov Ramin Akif oğlu ondan imtina edib. Bununla bağı yaydığı bəyanatda R.Həsənov qeyd edib ki, Riyad Əliyevin fikirlərini bölüşmür:
“Əziz həmvətənlərim! Mən azərbaycanlıyam, millətim, torpağım, dövlətimlə həmişə fəxr etmişəm. Dövlətimizin həm daxili, həm də xarici siyasətini bəyənmişəm. Bu siyasəti aparan, daxildə və xaricdə xüsusi hörməti və nüfuzu olan Prezidentimizi həmişə alqışlamışam. Ölkəmizin hər guşəsində böyük quruculuq işləri gedir, şəhər və kəndlərimiz abadlaşır, yeni iş yerləri açılır. Bununla bərabər digər sahələrdə də uğurlarımız göz qabağındadır. Ordu quruculuğu sahəsində uğurlar daha böyükdür. Mən bir müddət öncə baş verən hadisələri xatırlatmaq istəyirəm. 2016-ci ilin aprel ayında cəbhədə atəşkəsi pozaraq təxribat törədən ermənilər elə böyük məğlubiyyətlə üzləşdilər ki, bunu heç vaxt unutmayacaqlar. Bax bu, Prezidentimizin şəxsən özünün rəhbərliyi altında həyata keçirdiyi ordu quruculuğu işinin nəticəsi idi. Bunu danmaq olarmI? Bunu görməmək sadəcə, paxıllıq və nankorluqdur. Amma dövlətimizin, Prezidentimizin bu uğurlarını görmək istəməyən qüvvələr də tapılır. Onlar ölkə daxilində, xalq arasında dəstək qazana bilməyib Avropaya qaçıb, böhtan-şər xarakterli yazılarla ayrı-ayrı xarici saytlarda çıxış edirlər. Belə adamlardan biri də qohumum, xalam oğlu Əliyev Riyad Mahir oğludur. Mən və bizim ailəmiz dövlətimizə qarşı bu cür böhtan xarakterli yazılara öz etirazımızı bildirir və bundan hiddətlənirik. Vətənimizin torpağında göz açan, onun suyundan içib, çörəyini yeyib, sonra da ona xəyanət edənləri lənətləyirik. Riyad və onun kimilərə bu torpaqda yer yoxdur. Biz bütün dövlət orqanlarından xahiş və tələb edirik ki, onun tutulub ölkəyə gətirilməsi barədə ciddi tədbirlər görsünlər. Belə şərəfsizlərə və alçaqlara güzəşt və aman yoxdur. Onlar ədalət və qanun qarşısında cavab verməlidirlər. Riyad və onun kimilərə elə "dərs" vermək lazımdır ki, vətənə xəyanətin, böhtan və şərəfsizliyin nə demək olduğunu yaddan çıxarmasınlar. Ölkə o vaxt qüdrətli və qüvvətli olur ki, xalq və Prezident bir yerdə olsun. Bu gün Azərbaycanda Prezident və xalq bir yerdədir. Bu vüqarı heç kəs əyə bilməz. Sonda bildirirəm ki, mən və ailə üzvlərim uzun müddətdir ailəmizlə əlaqəsi olmayan 1975-ci il təvəllüdlü Əliyev Riyad Mahir oğlundan rəsmi şəkildə imtina edirik”.
Xatırladaq bir qədər əvvəl Riyad Əliyevin anası və qardaşı da ondan imtina ediblər.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info