İrandan Ermənistana zərbə
Tarix: 31.05.2016 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Baqiri: "İran Rusiyaya elektrik enerjisini Ermənistan deyil, Azərbaycan üzərindən nəql edəcək"

İran və Rusiya arasında elektrik enerjisinin ötürülməsinə dair müzakirələr son mərhələdədir.Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Elektrik Enerjisi Sənayesi İttifaqının İxracat komitəsinin sədri Pəyam Baqiri deyib.
P. Baqiri deyib ki, mövcud şəraitdə elektrik enerjisinin nəqli Azərbaycan vasitəsi ilə baş tutacaq: "İran və Rusiya arasında elektrik enerjisinin mübadiləsi ilə bağlı müzakirələr uzun müddətdir aparılır. Danışıqlara əsasən, yay aylarında Rusiya elektrik enerjisini İrana, qış aylarında isə İran enerjisini Rusiyaya ixrac edəcək. Önəmli məsələlərdən biri elektrik enerjisinin hansı marşrutla ötürülməsidir. İki marşrut nəzərdə tutulub - İran-Ermənistan-Gürcüstan-Rusiya və İran-Azərbaycan-Gürcüstan-Rusiya. Hazırda İran və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq perspektivi bunu deməyə əsas verir ki, İran elektrik enerjisi Ermənistanla deyil, Azərbaycan vasitəsilə Rusiyaya nəql olunacaq".
Onun sözlərinə görə, hazırda İran və Azərbaycan arasında elektrik xətləri sinxronlaşdırılıb və bu layihə daha da genişləndiriləcək.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info