Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadası
Tarix: 31.05.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” 2007-ci ildən mütəmadi olaraq keçirilməkdədir. Bu olimpiadanın məqsədi İKT sektorunun inkişafında əsas rol oynayan proqramlaşdırma sahəsinin inkişaf etdirilməsi, bu sahəyə marağın artırılması və yüksək səviyyəli proqramçıların hazırlanması prosesinə diqqəti atırmaqdır.
Bunun nəticəsidir ki, bu müsabiqənin iştirakçıları olan Ali təhsil müəssisələrinin sayı və bu təhsil müəssisələrindən seçilmiş komandaların sayı hər il artmaqdadır.
Müsabiqə əsasən iki mərhələdə aparılır. Birinci yarımfinal mərhələsində hər universitetdən müxtəlif sayda komanda (hər komandada 3 nəfər tələbə və komanda rəhbəri) iştirak edir. 2015-ci ildən yarımfinal mərhələsində hər təhsil müəssisəsindən iştirak edən komandaların sayı məhdudlaşdırılaraq maksimim 5 olmuşdur. Olimpiadanın yarımfinal mərhələsinin keçirilməsinə mütəmadi olaraq Qafqaz Universiteti ev sahibliyi etməkdədir. Müxtəlif illərdə yarımfinal mərhələsində iştirak edən ali təhsil müəssisələrinin sayı 7-22 və komandaların sayı 24-55 olmuşdur.
Yarımfinal mərhələsində müvəffəqiyyət qazanan komandalar növbəti final mərhələsinə vəsiqə qazanmış olur. 2015-ci ildən yeni qaydalara görə hər təhsil müəssisəsindən yalnız ən yüksək nəticə göstərmiş bir komanda finala fəsiqə qazana bilir. Final mərhələsi AMEA İnformasiya Texnologiyaları İnstitutunun bazasında keçirilməkdədir.
Hər iki mərhələdə iştirakçı komandalara 5 saat ərzində 8-10 alqortmik məsələnin proqramını tərtib etmək və online avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilir. Bu məsələləri həll etmək üçün tələbələrdən kompüter elmləri və riyaziyyatın müəyyən mövzularında (diskret riyaziyyat, ehtimal nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qraflar nəzəriyyəsi, dinamik proqramlaşdırma, sətirlərin emalı və s. ) yüksək nəzəri biliklərə sahib olmaları və proqramlaşdırma dillərini (C, C++, Java və ya Pascal) yüksək səviyyədə bilmələri tələb olunur.
Bu il “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın yarımfinal mərhələsi 16 aprel 2016-cı il tarixində Qafqaz Universitetində keçirilib. Yarımfinal mərhələsində Respublikanın 22 ali təhsil müəssisəsindən 55 komanda iştirak edib. Bu mərhələdə iştirak edən ali təhsil müəssisələrinin ən yüksək nəticə göstərmiş bir komandası (13 ali təhsil müəssisəsindən 13 komanda) olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsi 30 aprel 2016-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.
Müsabiqədə komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırığı verilib. Məsələlərin həlli PC2-9.2.4 avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.
Nəticələrə əsasən, olimpiadanın münsiflər heyətinin qərarı ilə Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universitetinin “BDU-4”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Suicide Squad” və Azərbaycan Texniki Universitetinin “AzTU1” komandaları 3-cü, Milli Aviasiya Akademiyasının “NAA3” və ADA Universitetinin “ADAU_1” komandaları isə eyni sayda məsələ həll etmələrinə baxmayaraq vaxt fərqi ilə 4-cü yerə layiq görülüb.
Qaliblər 17 may tarixində ADA Universitetində təşkil olunmuş Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə “HP”, “Azerfon” və “Caspian Telekom” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılıb.
Qafqaz Programmers komandası 6 il ardıcıl olaraq bu müsabiqənin mütləq birincisi olmuşdur.
Qeyd etmək lazımdır ki, Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi altında Qafqaz Programmers komandası 6 il ardıcıl olaraq bu müsabiqənin mütləq birincisi olmuşdur. Qafqaz Proqrammers komandasının üzvü Kompüter Mühəndisliyi bölməsinin tələbəsi Məhəmməd Vəliyev təhsil aldığı müddətdə 4 dəvə ardıcıl 1-ci yeri qazanmışdır.
Məhəmməd Vəliyev: “Proqramlaşdırma ilə 6-cı sinifdə oxuyarkən tanış olmuşam. O vaxtlar sadəcə bəsit proqramlar yazmağa çalışırdım. İlk dəfə 11-ci sinifdə oxuyarkən Azərbaycan Respublikas Təhsil Nazırlıyinin təşkil etdiyi İnformatika üzrə fənn olimpiadasında iştirak etmişəm və 3-cü yerə layiq görülmüşəm. Daha sonralar Qafqaz Universitetində təhsil aldığım müddətdə olimpiada ilə daha sıx məşğul olmağa başladım və ilk illərdən kiçik də olsa müəyyən uğurlarım oldu. İlk böyük uğurum 2013-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” nda komanda olaraq 1-ci yer layıq görülməyim olub. Daha sonralar Qafqaz Proqramamers komandasının tərkibində 3 dəfə (2014, 2015, 2016)-cı illərdə də 1-ci yeri qazanmışam. Müxtəlif beynəlxalq müsabiqələrdədə II, III dərəcəli diplom və medallar qazanmışam. Bu olimpiadaların mənim mütəxəssis kimi yetişməyimdə çox böyük rolu olub. İsveçrədə tədqiqat institlarının birində təcrübə keçmə imkanı əldə etmişəm. Bunun əsas səbəblərindən biri də müxtəlif olimpiadalardakı nəticələrim olmuşdur. Digər cəhəhdən proqramlaşdırma olimpiadalarına hazırlaşarkən qazandığımız biliklərlə gələcəkdə böyük şirkətlərdə (Google, Facebook, Yandex, Microsoft) işləmə imkanları əldə etmiş oluruq. Belə ki, bu şirkətlərdə işləmək üçün ilkin müsahibələrdə alqoritmik və proqramlaşdırma bilikləri tələbləri qoyulur.”

Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info