Azərbaycandakı milli icmaların nümayəndələri Gəncədə toplaşıb
Tarix: 31.05.2016 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və nəzdində yaradılan Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası ilə birlikdə Respublika Günü ərəfəsində Gəncə şəhərində, “Multikulturalizm çərçivəsində milli və dini icmaların həmrəylik nümayişi” adlı tədbir keçirtdi.
Tədbir Multikulturalizm ili çərçivəsində, Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhərində, Gəncə Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirililib.
Tədbirin məqsədi Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasının Azərbaycan xalqının mutikulturalizm və tolerantlıq dəyərlərinə verdiyi önəmi göstərmək və milli və dini icmaların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır.
Tədbir çərçivəsində açılışı Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf etdi. O, Prezidet İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin bir hissəsi olan 2016-cı ilin, “Multikulturalizm İli” elan olunmasının əhəmiyyətini vurğuladı və Azərbaycanın müxtəlif dindən, irqdən, xalqlardan ibarət multikultural ölkə olmasını bildirdi. Nərgiz X. qeyd etdi ki, “Bugün Azərbaycanın Qarabağ məsələsində də ölkədə yaşayan digər xalqların nümayəndələri bir araya toplanıb vətənpərvərlik göstərirlər və bu problemi öz probləmləri kimi qəbul edirlər.” Tədbir zamanı kazak icmasının nümayəndəsi Sergey Samuylov, polşa icmasından Namiq Dadaşov, Rus icmasının nümayədəsi Anastasiya Kononova, tatar icması nümayədəsi Nazim Muxtarov, türk icması nümayəndəsi Mustafa Bardakçı, Yunan icmasının nümayəndəsi Səlimə Qasımova, Gəncədə yaşayan yəhudi dininin nümayəndəsi Stalina Rzayeva, dini icma nümayəndələrindən müsəlman icması nümayəndəsi Hacı Rahil İsmayılov, katolik icması Vladimir Baksa və Gəncədə fəaliyyət göstərən Rus Gənclər Cəmiyyətinin sədri Qruzina Anna Valerina çıxış etmişlər. Onlar öz növbələrində çıxış edərək müxtəlif dinə, irqə xalqa mənsub olmalarına baxmayaraq Azərbaycanı öz vətənləri hesab etdiklərini söylədilər. Eyni zamanda onlar Azərbaycana məxsus adət-ənənələrlə yanaşı öz milli adətlərini qoruyub saxladıqlarını da vurğuladılar.
Tədbirdə Gəncə İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin əməkdaşı Samirə Həsənova və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev də çıxış edərək Gəncənin Azərbaycanın mutikulturalizm dəyərlərinin təbliğinə verdiyi töhvələrdən bəhs etmişdir.
Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəhbəri Xəyalə Məmmədova da öz növbəsində Multikulturalizm ili çərçivəsində respublikada aparılan dövlət siyasətini kampaniya olaraq deyil humanist dəyərlərə söykənən siyasi bir kursun davamı olduğunu söylədi. Multikultiralizm sahəsində AGAT-la birgə əməkdaşlıqları və gələcəkdə həyata keçiriləcək layihələr barədə geniş məlumat verdi. Xəyalə M. qeyd etdi ki, “Bu iki təşkilat dövlət siyasətinə dəstək olmaq məqsədilə beynəlxalq ictimaiyyətdə, dünyanın tanınmış şəbəkələrini bir araya gətirərək xüsusi Azərbaycan mutikutulalizm modelini yaymağı planlaşdırır.”
Sonda tədbirin nəticəsi olaraq Azərbaycanda yaşayan müxtəlif millətlərin və nümayəndələri və dini icmalar tərəfindən işğal siyasətini pisləyən, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həll olunmasına çağıran bəyanat səsləndi. Bəyənatın beynəlxaq təşkilatlara və xarici mətbuata çatdırılması planlaşdırılır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info