IMF: İlin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müəyyən irəliləyiş ola bilər
Tarix: 31.05.2016 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


"Neftin qiymətinin aşağı düşməsi yalnız Azərbaycana deyil, regionun digər ölkələrinə də ciddi təsir edib. Nəticədə, iki dəfə devalvasiyaya uğrayan manatın məzənnəsi üzən məzənnə rejimi ilə müəyyən olunur. Azərbaycan iqtisadiyyatı buna adaptasiya olmalıdır". Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) missiyasının rəhbəri Məhəmməd əl Qorçi deyib. "İlin ikinci yarısından etibarən müəyyən qədər irəliləyiş görə bilərik. Cari əməliyyatların balansı yaxşılaşır. Əslində bu xarici şoklar iqtisadiyyatın modelinin dəyişməsi üçün bir fürsətdir. Bu günə qədər Azərbaycan iqtisadiyyatı neftdən asılı idi. Lakin indi hamı qəbul edir ki, özəl sektora və güclü struktur islahatlara əsaslanan iqtisadiyyata doğru getmək zamanıdır. Hal-hazırda bir sıra struktur islahatları aparılır. Bu islahatlar isə öz müsbət nəticəsini göstərəcək. Düzdür, həll edilməli bir sıra çətinliklər var. Hökumət isə bu çətinliklərin aradan qaldırılmasına çalışır. Ən əsas çətinliklərdən biri isə bank sektorunda restrukturizasiyası ilə bağlıdır. IMF olaraq biz öz məsləhətlərimizi veririk. Müəyyən planlarımız var. Yaxın günlərdə də hökumətlə bununla bağlı məsləhətləşmələr aparacağıq. Əgər hökumət ehtiyac duyarsa, Beynəlxalq Valyuta Fondu onlara texniki yardım da göstərə bilər", - deyə o qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info