“Regional turizmin davamlı inkişaf prioritetləri”
Tarix: 31.05.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Bakıda “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı işə başlayıb. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən təşkil edilən gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi-təşkilatı dəstəyi ilə keçirilir.
Konfransda ATMU-nun rektoru, professor Cəfər Cəfərov mövzunun aktuallığından danışıb, tədbirin əhəmiyyətini qeyd edib. Bildirilib ki, konfransın keçirilməsinin əsas məqsədi müasir dövrdə iqtisadiyyatın dinamik inkişaf edən, aparıcı sahələrindən olan turizmin elmi əsaslarla inkişafına nail olmaqdır. Tədbir qabaqcıl turizm regionlarının təcrübələrinin və bu sahədə aparılan elmi tədqiqatların nəticələrinin öyrənilməsi, Azərbaycanda və dünyadakı turizm regionlarının inkişafı və bu sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların işinin düzgün təşkili, həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviqi baxımından da böyük əhəmiyyət daşıyır.
Qeyd olunub ki, konfransın işində Azərbaycandan olan alim və mütəxəssislərlə yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ukraynadan da dəvətli məruzəçilər iştirak edirlər. Məruzələr sırasında Türkiyə və İngiltərədən təqdim olunmuş maraqlı işlər də var.
EİF-in icraçı direktoru Elçin Babayev bildirib ki, turizm sənayenin aparıcı istiqamətlərindəndir. Ölkədə bu sahənin inkişafı elmi əsaslara söykənməli, regional və beynəlxalq təcrübə öyrənilməli, eyni zamanda, Azərbaycanın özünəməxsus reallıqları önə çəkilməlidir. Bu prosesdə gənc kadrlar aparıcı qüvvə kimi Azərbaycan turizm brendini dünyada tanıtmalıdırlar. Ərazisinə görə nisbətən kiçik olan ölkəmiz o qədər zəngin, təbii gözəlliklərə, tarixi məkanlara, müxtəlif iqlim qurşaqlarına malikdir ki, ölkəyə gələn turistlər qısa müddətdə bunların hamısı ilə tanışlıq imkanı qazanırlar. Turizm eyni zamanda mədəniyyətlərarası dialoqun ən çevik daşıyıcılarından biridir. Multikulturalizm ənənələrinin və tolerantlığın hər addımda izi görünən bu diyarın təbliğində turizmin imkanları əvəzsizdir, yüzlərlə buklet və reklamlardan səmərəlidir.
E.Babayev vurğulayıb ki, turizmin inkişafı üçün ölkədə yaradılmış əlverişli mühitdən düzgün istifadə etmək lazımdır. Bu məsələdə elmin müxtəlif sahələrinin inteqrasiyasından faydalanmaq olar, yəni otel biznesi yalnız qida və yaşayışla bitməməlidir, arxeologiya, tarix, botanika, astronomiya, geologiya kimi elm sahələrinin təbliğ imkanlarından istifadə edilməlidir. Turizm sahəsində ixtisaslaşan gənc alim və mütəxəssislərimiz xaricdə ixtisaslarını artırmalı, təcrübə keçməlidirlər. Turizm sahəsində peşə-ixtisas məktəbləri fəaliyyət göstərməli, tanınmış mütəxəssislər ustad dərsləri keçməlidirlər. Elmin İnkişafı Fondu turizm üzrə elmi tədqiqatları dəstəkləməkdə maraqlıdır. Belə tədbirlər gələcəkdə Azərbaycanını müxtəlif guşələrində - Naxçıvan, Gəncə və Şəkidə keçirilməlidir. Bugünkü konfrans turizm sahəsində elmi tədqiqatların potensialını qiymətləndirməyə imkan verəcək.
Digər çıxış edənlər də tədbirin əhəmiyyətini diqqətə çatdırıb, Azərbaycanda turizmin inkişafına töhfə verən bu cür konfransların tez-tez təşkil olunmasının vacibliyini vurğulayıblar.
Sonra konfrans “Regional iqtisadi inkişafda turizm amili və regional turizmin davamlı inkişaf problemləri”, “Regional turizmin inkişafında yerli özünüidarəetmənin yeri və icma əsaslı turizmin regionların inkişafında rolu”, “Azərbaycanın regionlarında turizmin inkişaf perspektivləri və regional turizmin davamlı inkişafında inkişaf etmiş turizm regionlarının menecment təcrübələri”, “Regional turizmin logistik problemləri və regional turizmin inkişafında yeni marketinq meylləri” və “Mədəniyyətlərarası kommunikasiyanın inkişafında turizmin rolu” mövzularında bölmələr üzrə iclaslarla işini davam etdirib. Alim və mütəxəssislərin mövzuya dair məruzələri dinlənilib, müzakirələr aparılıb.
Konfrans çərçivəsində sərgi təşkil olunub, turizmlə bağlı videoçarxlar nümayiş etdirilib. Konfrans iyunun 1-də başa çatacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info