Balaxanı Sənaye Parkının yeni internet səhifəsi istifadəyə verilib
Tarix: 05.03.2013 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


«Təmiz Şəhər» ASC Balaxanı Sənaye Parkının yeni internet səhifəsini (www.bsp.az ) istifadəyə verib. «Təmiz Şəhər» ASC-dən verilən məlumata görə, istifadəyə verilmiş internet səhifə ölkədə tullantıların emalı sahəsində ilk sənaye parkının fəaliyyətinin işıqlandırılmasına xidmət edəcək.
Yeni internet səhifədə sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilib. Sənaye parkı ilə maraqlananlar internet səhifəsində parkın infrastrukturu və üstünlükləri, bu sahədə qanunvericilik, investisiya güzəştləri, ölkəmizdə yaşıl biznesin inkişafı sahəsində irəliləyişlər, yeniliklər və ən son xəbərlərlə haqqında məlumat ala bilərlər. Həmçinin istifadəçilər sənədlər bölməsinə daxil olaraq sənaye parkının baş planı ilə tanış ola və ətraflı infrastruktur məlumatları əldə etmək üçün parkın elektron broşürünü yükləyə bilər. Bundan başqa, yaşıl biznes sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlar elektron formanı dolduraraq «on-line» şəkildə müraciət edə və Balaxanı Sənaye Parkında əlverişli şərtlərlə istehsal sənayelərini qura bilər. Qeyd edək ki, Balaxanı Sənaye Parkı Prezidentin sərəncamına əsasən, «Təmiz Şəhər» ASC tərəfindən təsis edilib. Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesini inkişaf etdirməkdir. Parkın başlıca faydaları bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunması, xammal idxalı asılılığının azaldılması olacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info