SOCAR-a məxsus “Petkim” Türkiyənin 100 ən dəyərli şirkəti siyahısındadır
Tarix: 31.05.2016 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Türkiyənin 100 ən dəyərli şirkətinin adı açıqlanıb. Siyahıda "Petkim Petrokimya Holding A.Ş." də yer alıb. Şirkətin 2 mlrd. 166 mln. 779,432 min lirə dəyərində qiymətləndirilir. Qeyd edək ki, holdinqin səhmlərinin 51%-i "SOCAR Turkey Petrokimya A.Ş."-yə, 5,3216%-i isə "SOCAR Turkey Energy" şirkətinə məxsusdur. Onu da əlavə edək ki, "SOCAR Turkey Energy" artıq holdinqdəki 5,32%-lik payını satır. 79,8 mln. lirə dəyərində olan hissə birjada satışa çıxarılıb və bununla bağlı şirkət Türkiyənin Mərkəzi Qeydiyyat Qurumuna müraciət edib.
Türkiyənin ən dəyərli şirkətləri siyahısına "Tekfen Holding" də daxil ola bilib. Holdinqin dəyəri 892 mln. 456,022 min lirədir. Qeyd edək ki, "Tekfen" SOCAR-la sıx əməkdaşlıq edir. Holdinqin strukturuna daxil olan "Tekfen İnşaat" SOCAR-ın elan etdiyi bir sıra tenderlərin qalibi olub. Buna misal olaraq SOCAR-ın yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün keçirilən müsabiqəni göstərmək olar. Bununla yanaşı, "Tekfen İnşaat" Bakı Olimpiya Stadionunun tikintisində də iştirak edib.
"Yapı Kredi Bankası" da ən dəyərli şirkətlər siyahısına düşə bilib. Belə ki, "Yapı Kredi Bank Azərbaycan"ın ana müəssisəsi olan bankın dəyəri 6 mlrd. 58 mln. 813,021 min lirə təşkil edir.
Maraq üçün qeyd edək ki, "Koç Holding" siyahıya liderlik edir. Holdinqin dəyəri təxminən 11,5 mlrd. lirədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info