“Bakcell” və “SOS Uşaq Kəndləri-Azərbaycan” gənclər üçün iş imkanları yaradır
Tarix: 01.06.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“Bakcell” şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihənin icrasına başlayıb. Mobil operatordan verilən məlumata görə, layihə çərçivəsində yaradılan Gənclərin Karyera və İnkişaf Mərkəzi Bakı “SOS Uşaq Kəndləri”ndə yerləşir.
8 ay müddətində nəzərdə tutulan layihə “SOS Uşaq Kəndləri”ndə yaşayan yeniyetmələrin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlib. Layihənin əhatə etdiyi iştirakçılar, əsasən, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və yeniyetmələrdir. Mərkəzin işə hazır vəziyyətə gətirilməsi üçün müvafiq təmir işləri aparılıb. Mart ayında mərkəzin maddi texniki bazası gücləndirilib, lazım olan ofis mebelləri və kompüter avadanlıqları alınıb. “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İB-nin veb səhifəsi gənclərin məşğulluğu bölümü əlavə olunub. Burada sözügedən layihə və tərəfdaşlar barədə ətraflı məlumat, müvafiq qanunvericilik və faydalı məlumat bazası, layihədən faydalananların CV bazası və məşğulluq imkanlarının əldə edilməsi üçün faydalı linklərin yerləşdirilməsi nəzərdə tutulub. “SOS Uşaq Kəndləri - Azərbaycan” ilə korporativ sosial məsuliyyət sahəsində uzun illərdir əməkdaşlıq edirik. Xüsusi qayğıya ehtiyacı olan uşaqları, yeniyetmə və gəncləri əhatə edən layihələrə dəstək göstərmək bizim KSM proqramımızın əsas prioritetlərindən biridir. Biz Mərkəzdə təlim keçən gənclərin işlə təmin olunması istiqamətində də tərəfdaşlarımızla danışıqlar aparırıq”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info