BMT: “Aralıq dənizində ötən həftə 880 qaçqın batıb”
Tarix: 01.06.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Bu il dənizi keçmək istərkən boğulan miqrant və qaçqınların sayı 2510 nəfərə çatıb, ötən ilin müvafiq dövrünə qədər isə 1855 nəfər batmışdı

Təkcə ötən həftə ən azı, 880 miqrant və qaçqın Aralıq dənizini keçmək istərkən dənizdə boğulub. Bu barədə Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə agentliyi bildirib. Böyük Birtaniyanın “The Guardian” media qurumu yazır ki, dənizdə boğulanların sayı ilə bağlı rəqəm İtaliyaya aparılan sağ qalmış qaqçınlarla müsahibə nəticəsində müəyyənləşdirilib.
Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə agentliyi tərəfindən o da qeyd edilib ki, bu il dənizi keçmək istərkən boğulan miqrant və qaçqınların sayı 2510 nəfər çatıb, ötən ilin müvafiq dövrünə qədər isə 1855 nəfər batmışdı. Bu barədə də BMT-nin sözçüsü Uilyam Spindler məlumat verib. O bildirib ki, hazırda insan qaçaqmalçıları insanları qayıqlara dolrururlar, amma bu zaman bir çox məqamları qətiyyən nəzərə almırlar: “Bu qayıqlar üzmək üçün o qədər də yararlı deyil və dənizi adlamaq üçün bir sıra göstəricilərə cavab vermir. Məsələ orasındadır ki, onlar sahildən aralanan kimi, tez xilasediciləri köməyə çağırırlar və xilasedicilər gələrək onları xilas etməyə başlayır. Amma qayıq batmazdan öncə onları xilas etmək zaman xaricindədir və çox vaxt bu cür xilasetmə çox gec olur…”.
Qeyd edək ki, Yaxın Şərqin Suriya, Liviya kimi dağılmaqda olan ölkələrindəki ölüm və qırğınlardan canını qurtarmağa çalışan qaçqınların Aralıq dənizində bu cür müəmmalı və kütləvi şəkildə batması ilə bağlı problem getdikcə kəskinləşməkdədir. Bu yazıda göstərildiyi kimi, boğulanların sayı ildən-ilə daha da çoxalır və kütləviləşir. Bununla bağlı dünya birliyi və beynəlxalq təşkilatlar bir çox tədbirlər və müzakirələr təşkil etsələr də, heç bir şeyi həll edə bilməyiblər. Bu cür kütləvi boğulmaların müəmmalı olması həm də ondadır ki, qaçqınlarla dolu qayıqlar sahildən uzaqlaşandan dərhal sonra batmağa başlayır və bu zaman qaçqınların böyük əksəriyyəti suyun dibinə gedir.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info