Qədim yaşayış məskəni aşkar edilib
Tarix: 05.03.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Azərbaycanda e.ə. III minilliyə, orta tunc dövrünə aid yeni yaşayış məskəni aşkar edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz Arxeoloji Ekspedisiyasının rəisi Nəsib Muxtarov deyib.
Onun sözlərinə görə, Şəkinin Kiçik Dəhnə kəndi ərazisində Ağqabırlı deyilən ərazidə aşkar olunan yeni yaşayış məskənində e.ə III minilliyin axırından e.ə. I minilliyin əvvəllərinə qədər təxminən 2000 ilə yaxın müddətdə fasiləsiz yaşayış olub: “Arxeoloji materiallar göstərir ki, qeyd olunan dövrdə burada oturaq əkinçiliklə, yaylaq-qışlaq təsərrüfatına uyğun olan maldarlıq inkişaf edib. Yaşayış məskəninin mədəni qatı iki təbəqədən ibarətdir. Bu isə onu göstərir ki, ərazini ən azı iki dəfə sel basıb. Amma qısa müddətdə burada yenidən məskunlaşma olub. Ərazidə aparılan qazıntılar zamanı keramika, dulusçuluq qabları, insan və heyvan sümükləri, əmək alətləri, əhəng daşından olan müxtəlif əkinçilik alətləri, müxtəlif daş növlərindən sürtgəclər, həvəngdəstəsi tapılıb. Hələlik metala təsadüf olunmayıb”. N. Muxtarov deyib ki, Ağqabırlı yaşayış yerinə yaxın ərazidə nekropol və kurqanlar qrupu da qeydiyyata alınıb.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25.06.2019
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş hərbi attaşesi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info