Qazaxıstan Çini Avrasiya İttifaqına cəlb edir
Tarix: 01.06.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Qazaxıstanın baş naziri: “Avrasiya İttifaqının inkişaf konsepsiyası Çinin “Bir kəmər-bir yol” layihəsi ilə birləşdirilməlidir”

Dünən Astanada Avrasiya İqtisadi İttifaqının yüksək səviyyəli toplantısı keçirilib. Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan dövlət başçıları ittifaqın fəaliyyətinin yekunlarını müzakirə ediblər.
Ekspertlər hesab edir ki, Avrasiya İttifaqının ötən zaman içindəki fəaliyyəti gözləntiləri doğrultmayıb. İqtisadi əlaqələrin qurulması, yeni əməkdaşlıq sferalarının yaradılması, ən əsası sadə vətəndaşların ittifaq daxilində sərbəst yerdəyişməsi kimi məsələlər həllini tapmayıb. Budəfəki toplantıda əsas müzakirə olunan məsələlərdən biri də ittifaq üzvlərinin quruma üzv olmayan dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməsi ilə bağlı olub. Bu təşəbbüsün müəllifi Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevdir. Rəsmi Astana hesab edir ki, Avrasiya İttifaqı Çinlə iqtisadi sahədə əməkdaşlığı genişləndirməlidir. Qazaxıstanın baş naziri Kərim Məsimov bildirib ki, Avrasiya İttifaqının inkişaf konsepsiyası Çinin “Bir kəmər-bir yol” layihəsi ilə birləşdirilməlidir. Rəsmi Astana 2016-cı ilin Avrasiya İttifaqının üçüncü ölkələrlə iqtisadi əməkdaşlığı dərinləşdirmək ili elan edilməsi təşəbbüsü ilə çıxış edib. Mərkəzi Asiya və Yaxın Şərq üzrə ekspert Aleksandr Knyazev “Nezavisimaya qazeta”ya açıqlamasında bildirib ki, ittifaq daxilində həllini gözləyən yetərincə problemlər var və onların bir çoxu sadə vətəndaşların maraqlarına toxunur. Məsələn, onlardan biri sadə vətəndaşların sərbəst yerdəyişməsidir. 2016-cı il aprelin 7-dən etibarən Qazaxıstan hökuməti yeni qərarla bütün xarici vətəndaşların ölkə ərazisində vizasız qalma müddətini 2 dəfədən çox azaldıb. Bu qərar istisnasız olaraq Avrasiya İttifaqına üzv olan dövlətlərə də aiddir-əvvəllər 180 gün vizasız qalma müddəti 90 günə endirilib. Qırğızıstan vətəndaşları üçün Rusiya ərazisində iş icazəsi üçün sənəd tələb olunmasının ləğvi işi “yüngülləşdirsə” də, sonradan əmək miqrantları üçün patent haqqının artırılması əlavə problemlər yaradıb. İndiyə qədər diplomların qarşılıqlı tanınması ilə bağlı razılıq yoxdur. Ümumiyyətlə, Qırğızıstan vətəndaşlarının Qazaxıstanda qeydiyyatsız qalma müddəti 5 günlə məhdudlaşdırılıb. İndi rəsmi Bişkek də eyni qaydanı Qazaxıstan vətəndaşları üçün tətbiq etməyə hazırlaşır. Bu kimi problemlər iqtisadi göstəricilərin aşağı olmasına səbəb olub. Dünya iqtisadiyyatında davam edən maliyyə böhranı, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, milli valyutaların devalvasiyası, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar iqtisadi inteqrasiyanı ağırlaşdırır. Ekspert Dosım Satpayev hesab edir ki, Rusiya geosiyasi oyunlara daha çox vaxt ayırdığından iqtisadi məsələ ikinci plana keçib. Hansı ki, Qazaxıstan iqtisadi məsələni bir nömrəli məsələ hesab edir. “Nezavisimaya qazeta” yazır ki, Astana və Minsk Kremlin bəzi qərarlarından razı deyil. Bildirilir ki, Moskvanın Ankara ilə pozulan münasibətləri eyni ittifaq daxilində olan Qazaxıstan və Belarusda razılıqla qarşılanmır. Satpayev bildirir ki, ittifaq daxilində Qazaxıstanla Qırğızıstan, Rusiya ilə Belarus arasında narazılıqlar var. Eyni zamanda Dağlıq Qarabağ məsələsinə görə Ermənistanla Qazaxıstan və Belarus arasında diplomatik qalmaqal yaşanıb: “Elə bu problemlərə görə Astana Pekinlə iqtisadi əməkdaşlığı genişləndirmək təşəbbüsü ilə çıxış edib. Astana “Nurlu Yol” milli layihəsi ilə Pekinin “İpək Yolu İqtisadi Kəməri”nin birləşdirilməsinin vacibliyini rəsmi şəkildə elan edib. 2015-ci ilin noyabrında Çin və Türkiyə Qazaxıstan, Azərbaycan və Gürcüstanla birlikdə yüklərin Çindən Avropaya daşınması ilə bağlı konsorsium formalaşdırıblar. “İpək Yolu İqtisadi Kəməri” alternativ tranzit dəhlizi yaradır. Məhz Qazaxıstan Çinin Avrasiya İttifaqına qoşulması və ya iqtisadi əməkdaşlığı genişləndirməsinin əsas lobbisidir. Rusiya baş naziri Medvedev də bildirib ki, onun görüşdüyü ASEN ölkələrinin rəhbərləri Avrasiya İttifaqı ilə müstəqil şəkildə əməkdaşldığı genişləndirmək istədiklərini bildiriblər”. Politoloq Arkadiy Dubnov bildirib ki, məhsulların, xidmətlərin, işçi qüvvəsinin və kapitalın ittifaq daxilində sərbəst fəaliyyəti ilə bağlı məsələlərdən, sadəcə, işçi qüvvəsi ilə bağlı məsələ az-çox həll olunub. Qalaları isə hələ də siyasi problemlərin girovuna çevrilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info