“İnformasiya müharibəsi önəmli olduğu üçün maliyyə baxımından KİV-ə daha çox diqqət ayrılmalıdır”
Tarix: 01.06.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


«Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata dair Hesablama Palatasının rəyi ilə bağlı çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib:
«Sənəd konkretdir, rəylərə, araşdırmalara əsasən tərtib olunub. Dolğunluğu göstərir ki, mütəxəssislərin zəhməti ilə yanaşı, məsuliyyətləri də olub. Sağ olsunlar.
Mən, təbii ki, həm də jurnalist deputat kimi yenə media ilə bağlı bölmənin üzərində dayanacam. Rəyin radio, televiziya və nəşriyyat köməkçi bölməsində İctimai Televiziya və Radio Yayımları Şirkəti, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, KİVDF və «Mir» Dövlətlərarası Televiziya Şirkətinin fəaliyyətindən bəhs olunur. Mən fürsətdən istifadə edib ümumən bu sahədə görülən və görülə biləcək işlərə nəzər salmaq istərdim. Bu gün təqdim olunan rəy bir daha təsdiqləyir ki, Azərbaycan dövləti KİV-lərin iqtisadi bazasının möhkəmləndirilməsi məqsədilə ayrılan vəsaiti ildən-ilə artırır. Bu, çox yaxşı haldır. Amma elə bilirəm ki, həmin istiqamətdə ayrılan vəsaitin həcmi sahənin həssaslığına adekvat olmalıdır. Fikrimi əsaslandırmaq üçün bir məqama diqqət yetirmək istərdim. Ölkədə müdafiə qabiliyyətinin artırılmasına əhəmiyyətli vəsait ayrılır. Çünki biz müharibə vəziyyətindəyik. Qarabağı güclü ordu azad edəcək. Lakin informasiya müharibəsində də düşməndən güclü olmalıyıq. Tarixən belə olub. İnformasiya cəbhəsində qazanan tərəf müharibəni də asanlıqla udub.
Söhbət yalnız Ermənistanla müharibədən getmir. Mövcud duruma nəzər yetirək. BMT-nin işğal olunmuş torpaqlarımızın azad olunmasına dair 4 qətnaməsi var. İrəliləyiş isə yoxdur. Əlbəttə, burada Azərbaycana münasibətdə ikili yanaşma da öz sözünü deyir. Ancaq düşünürəm ki, biz informasiya müharibəsində tam şəkildə qalib tərəf olsaq, təkcə həmin 4 qətnamənin tələblərinin icrasının yox, bizim üçün vacib olan digər mühüm məsələlərin həllində də ardıcıl ola bilərik. Mediamız vasitəsi ilə təsir göstərə bilərik. Bunun üçünsə bir daha deyim, ölkənin müdafiə qabiliyyətinin artırılmasına ayırdığımız diqqət kimi, informasiya müharibəsinin aparılmasına da diqqət ayırmalıyıq. Bəlkə bu ayrıca konsepsiya şəklində olmalıdır. Bu da ola bilər. Hər bir halda informasiya müharibəsində qalib tərəf olmaq üçün media sahəsinə daha çox diqqətin ayrılmasına ehtiyac var”.
O bildirib ki, informasiya müharibəsi dövlət üçün də önəmli olduğu üçün maliyyə baxımından KİV-ə daha çox diqqət ayrılmalıdır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info