Bələdiyyə sədri rüşvət alarkən tutulub
Tarix: 05.03.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Baş Prokurorluq daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb. Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə rayonun Təzəkənd bələdiyyəsinin sədri Məhəmməd Məmmədovun qanunsuz hərəkələri barədə müraciəti araşdırılıb.
Müəyyən edilib ki, bələdiyyə sədri M.Məmmədov xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyd olunan kəndin ərazisində həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid sənədlərin verilməsi üçün ona müraciət etmiş kənd sakinindən 1.200 manat məbləğində rüşvət tələb edib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində fevralın 25-də M.Məmmədov xidməti otağında rayon sakinindən qeyd edilən pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Baxış zamanı M. Məmmədovun üzərindən rüşvət kimi aldığı 1.200 manat pul, xidməti otağından şikayətçinin, habelə digər altı vətəndaşın ötən illərə aid ərizələri aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürülüb. Faktla bağlı cinayət işi başlanıb və M.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info