“Xaricdəki azərbaycanlılar öz davranışlarına hər zaman ciddi fikir verməlidirlər”
Tarix: 01.06.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Fəyaz Axundov: “Qazaxıstan dövlətinin azərbaycanlılara münasibəti olduqca gözəldir”
Elə diaspor üzvlərimiz var ki, onlar yaşadıqları ölkələrdə hərtərəfli şəkildə gənclərimizə örnəkdir. Belə soydaşlarımız xaricdə özlərini Azərbaycan naminə fəaliyyətləri ilə təsdiq ediblər. Müsahibimiz Fəyaz Axundov da Qazaxıstanda bu baxımdan tanınmış diaspor üzvüdür. Qeyd edək ki, Fəyaz Axundov 1963-cü ildə Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində prokuror ailəsində dünyaya gəlib. 30 ildən artıqdır ki, Qazaxıstanda yaşayır. Orada biznesin müxtəlif sahələrində, həmçinin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Hazırda Qazaxıstanda “Heydər” Cəmiyyətinin və “Heydər” Cəmiyyəti Gənclər Birliyinin Ağsaqqallar Şurasının sədridir.

-“Heydər” Cəmiyyəti nə vaxt fəaliyyətə başlayıb?
-Ülu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu cəmiyyəti1995-ci ildə Qazaxıstanın Kostanay vilayətində yaratmışam. Cəmiyyətin 16 000-dən artıq üzvü olub. Qazaxıstan üzrə 25 000-dən artıq Heydərçi gənci ətrafında birləşdirən “Heydər” Cəmiyyətinin Gənclər Birliyinə oğlum Bəhruz Axundov rəhbərlik edir. Bu gənclər təkcə azərbaycanlılardan ibarət deyil. “Heydər” Cəmiyyətinin Gənclər Birliyi ermənilərdən başqa bütün xalqların gəncləri ilə dostluq yaratmağa çalışır. Gənclər Birliyi səfirliyimizlə də gözəl münasibətədir. Bütün Qazaxıstanda səfirlik tərəfindən keçirilən tədbirlərdə gənclərimiz dəvət edilir və xüsusi hörmətlə yanaşılır. Səfirimiz Rəşad Məmmədov gənclərlə tez-tez görüşlər keçirir, qarşıda birlikdə böyük tədbirlərin keçirilməsi planlaşdırılır.
-Azərbaycanla bağlı hansı tədbirlər keçirirsiz?
-Bu cəmiyyət Qazaxıstanda yaşayan azərbaycanlılar arasında birliyin yaranması, onların bir çox problemlərinin həllinə kömək göstərilməsi, Azərbaycan Respublikasının maraqlarının qorunması, qazax xalqı ilə dostluq və qardaşlıq münasibətlərinin qurulması, ermənilərin Azərbaycanın əleyhinə təbliğat işlərinə mane olunması, xalqımızın milli-mənəvi dəyərlərinin təbliğ olunması, Azərbaycan iqtidarının millətimiz üçün gördüyü işləri Qazaxıstanda yaşayan azərbaycanlılara çatdırılması istiqamətində səmərəli addımlar atıb. Bunun üçün müxtəlif tədbirlər keçirir, ölkəmizin tarixində əlamətdar günlər, milli və digər bayramlar, qan yaddaşımıza həkk olunan faciə və soyqırımı günləri azərbaycanlıların və qazax xalqının iştirakı ilə qeyd edilir, qəzet və jurnallarda dərc olunur. Həmçinin Qazaxıstanda hakim partiyanın fəalları ilə əlaqəli işlər həyata keçiririk.
Biz bütün bu işləri təmənnasız edirik. Bunu vətənimiz, millətimiz üçün etdiyimizi, bu cür müqəddəs amal uğrunda görülən işlərdə qarşılıq güdülməsinin doğru olmadığını yaxşı dərk edirik. Necə ki, 1992-1997-ci illərdə ölkəmizin ağır və çətinliklə yaşadığı günlərdə Xocavənd rayonundan olan məcburi köçkünlərə, şəhid ailələrinə, Milli Ordumuza təmənnasız yardım göstərmişəm.
-Xaricdən Azərbaycanın inkişafı necə görünür?
-Prezident İlham Əliyevin xalqımızın rifahının yüksəldilməsi naminə gördüyü işlər, həyata keçirdiyi çoxşaxəli tədbirlər bütün vətənsevər insanlar kimi, məni də ürəkdən sevindirir. Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə, o cümlədən ölkəmizin haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, dövlətimizin nüfuzunun beynəlxalq aləmdə möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmizdən xaricdə “azərbaycanlıyam” deyəndə digər millətlər tərəfindən çox böyük hörmət və rəğbətlə qarşılanırıq. Təbii ki, bu bizi çox qürurlandırır. Bütün bunlar Prezidentimizin yorulmaz fəaliyyətinin, gərgin əməyinin nəticəsidir.
-Qazaxıstan dövlətinin azərbaycanlılara münasibəti necədir?
- Qazaxıstan dövlətinin azərbaycanlılara münasibəti olduqca gözəldir. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Azərbaycanı necə dəstəklədiyini bütün xalqımız bilir. Prezidentin qızı Dariqa xanımın bir fikrini yada salmaq istərdim: “Mən Azərbaycan xalqının bacısıyam. Çünki mən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bacısıyam”. Prezident qızının bu sözləri deməsi bizim üçün böyük bir qürur, fəxrdir. Qazaxıstanda bizim xalqımıza qarşı heç bir qeyri-qanuni hal baş verməyib. Əminik ki, bu, heç vaxt da olmayacaq.
-Bəs yerli xalqın azərbaycanlılara münasibəti necədir?
-Qazaxlar bizə çox gözəl münasibət göstərirlər. Belə başa düşürəm ki, bu, möhtərəm Nazarbayev cənablarının əməyidir. O, biz azərbaycanlıları öz xalqına sevdirir.Prezident televiziyada çıxışında birbaşa deyib ki, o, Heydər Əliyev cənablarının yaxın dostudur. Bunlar hamısı böyük şərtdir. Buna görə şəxsən Nazarbayev cənablarına dərin minnətdarlığımı bildirirəm. Onun Azərbaycan xalqına olan hörməti bizi qane edir.
-Qazax xalqı ulu öndər Heydər Əliyevi necə xatırlayır?
- Ulu öndər Heydər Əliyevin Qazaxıstana səfərini və oradakı çıxışlarını nəinki biz, qazax xalqı belə, xatırlayır. Qazax xalqının Heydər Əliyevə xüsusi hörməti var. Onlar bizə çox zaman belə deyirlər: “Siz xoşbəxtsiz ki, Heydər Əliyev kimi ümummilli lideriniz var”. Əlbəttə ki, biz də bununla fəxr edirik. Bu gün bizim Qazaxıstanda böyüyən uşaqlar Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərini özlərinə şüar ediblər.
-Gənc diaspor fəallarına nə tövsiyə edirsiz?
- Xaricdəki azərbaycanlılar öz davranışlarına hər zaman ciddi fikir verməlidirlər. Çünki onlar hər bir hərəkətləri ilə Azərbaycanı təmsil edirlər. Biz də gənclərlə görüşlərimizdə onlara daimi tapşırıq və tövsiyələrimizi veririk.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info