“Formula-1” yarışının Monako Qran-prisi Hamiltonun qələbəsi ilə başa çatıb
Tarix: 01.06.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


“Formula-1” üzrə Dünya Çempionatının altıncı yarışında - Monako Qran-prisində qalib gələn “Mercedes”in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari mövsümdə ilk qələbəsini qazanıb.
Altıncı yarışda pilotlar Monte-Karlo şəhərinin küçələrində 3337 metrlik məsafədə 78 turda mübarizə aparıblar. Yarışın əvvəlində “Red Bull-TAG Heuer” pilotu Daniel Rikkiardo öndə olsa da, daha sonra üstünlüyü əldən verib. Bundan sonra üstünlüyü ələ alan Luis Hamilton liderliyi sonadək qoruyub saxlayıb və ilin altıncı yarışını 1 saat 59 dəqiqə 29,133 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 7,2 saniyə geridə qalan Daniel Rikkiardo yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk beşliyi liderdən 13,8 saniyə sonra finişə çatan Sergio Perez (Force India, 15 xal), həmçinin Sebastian Vettel (Ferrari, 12 xal) və Fernando Alonso (Maklaren, 10 xal) tamamlayıblar. Altıncı Qran-pridən sonra “Mersedes”in digər pilotu Niko Rosberq xallarının sayını 106-a çatdıraraq pilotlar arasında liderliyini davam etdirir. O, indiyədək keçirilən altı mərhələdən dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya) qalib gəlib. Cari mövsümdə ilk qələbəsini qazanan L.Hamilton isə bu mərhələdən sonra komanda yoldaşı ilə xal fərqini 24-ə endirərək, ikinci sırada qərarlaşıb. Onun hesabında 82 xal var. Aktivində 66 xal olan D.Rikkiardo üçüncü, 61 xal toplayan Kimi Raikkonen dördüncü və 60 xala sahib olan Sebastian Vettel isə (hər ikisi Ferrari) beşincidir. Çempionatın növbəti - yeddinci yarışı olan Kanada Qran-prisi iyunun 10-12-də keçiriləcək. “Formula-1” Avropa Qran-prisi isə iyunun 17-19-da Bakıda təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info