“AXCP ilə Müsavat arasında heç vaxt normal münasibətlər olmayıb”
Tarix: 05.03.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


“Onların arasında dərin ziddiyyətlər var ki, bu da bütün səviyyələrdə olan nümayəndələrinin bir-birilərinə qarşı düşmən münasibətlərində özünü büruzə verir”

Müxalifətin radikal qismi arasında qarşıdurmalar artıq açıq təhqir müstəvisinə keçib. “İctimai palata”da təmsil olunan Müsavat və AXCP arasında hər məqamda bu cür qarşılıqlı təhqirlər müşahidə olunmaqdadır. Onlar ən kiçik nüanslardan istifadə edərək bir-birilərinə qarşı bu aşağılamalara gedirlər.
Bu günlərdə isə Müsavat gənclər təşkilatının sədri Tural Abbaslı və onun müavini Əhəd Məmmədli partiyalarının qəzetinə müsahibə verəndə yenə də cəbhəçiləri və digərlərini açıq-aşkar aşağılayıblar və onlarla oturub-durmaq istəmədiklərini bildiriblər. T.Abbaslı deyib: “Müsavatçı ilə müsavatçının sözü daha çox tutar. NİDA-çı ilə də NİDA-çının, cəbhəçi ilə cəbhəçinin. Bizi qınayan həmin gənclər siyasi və mənəvi baxımdan bizə yaxın ola bilsəydilər, onlarla bir yerdə olardıq. O fikirlə heç razı deyiləm ki, gənclərlə məsafəliyik. Düzdür, onlar çayxanalarda daha çox görüşür, dərdləşirlər. Amma ertəsi günü həmin adamlar “Facebook”da bir-birini təhqir edirlər, dalaşırlar, ayrılırlar. Belə qeyri-səmimi dostluq bizlik deyil”.T.Abbaslı deyib ki, “Facebook”da daha çox müsavatçı gənclər fəaldır, nəinki partiyanın səlahiyyətli şəxsləri: “Amma bir də görürsən, AXCP-nin səlahiyyətli şəxsləri mübahisəli məqamlarda cavab verir və bu, partiyanın mövqeyi kimi qəbul edilir. Bizdə bu funksiyanı gənclər yerinə yetirir. Söz deyiləndə cavablarını vermişik”.
Ə.Məmmədli isə cəbhəçiləri “atəşkəsi” pozmaqda ittiham edib: “Adətən atəşkəsi pozan tərəf cəbhəçilər olur. Hansısa cəbhəçi gəncin dediyinə fikir vermirik. Biz AXCP-nin səlahiyyətli şəxslərinə cavab vermişik”.
Göründüyü kimi, burada həm cəbhəçiləri özlərindən əksik qüvvə saymaq, həm də müsavatçı gənclərin özlərini AXCP-nin ancaq rəhbər şəxsləri və başçılarına tay tutması açıq görünür. Eyni zamanda da həmişə qarşıdurma və təhqirdə əks tərəf günahlandırılır.
Onlar mütəmadi olaraq bir-birilərini bu cür aşağılayırlar. Bu isə əslində təsadüfi deyil. Belə ki, AXCP və Müsavat arasındakı ziddiyyətlər müxalifət düşərgəsində və prosesləri izləyənlərə bəllidir. İsa Qəmbər-Əli Kərimli qarşıdurması bu gün həmin gənclər və digər səviyyələrdə də amansızlıqla davam edir. Başçıların dediyi ilə oturub duran bu adamlar elə onların göstərişi ilə də əks tərəfi suçlamaqda və aşağılamaqdadırlar.
Bu barədə bizə fikirlərini bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli belə qeyd edir: “AXCP ilə Müsavat arasında heç vaxt normal münasibətlər olmayıb. Bu partiyalar bütün davranışları ilə bir-birilərinə rəqib partiyalardır. Bütün məsələlərdə bu rəqabət və ziddiyyətlər özünü göstərir. Xüsusən də seçkilərdə bu ziddiyyətlər daha da kəskinləşir. Bu partiyalar heç vaxt vahid namizəd ortaya qoymayıblar. Yəni bu partiyalar seçki məsələsində də bir araya gələ bilməyiblərsə, heç vaxt müttəfiq ola bilməzlər. Onların arasında dərin ziddiyyətlər var ki, bu da onların bütün səviyyələrdə olan nümayəndələrinin bir-birilərinə qarşı düşmən münasibətlərində özünü büruzə verir. Cəbhə hakimiyyətinin yıxılmasının əsas səbəblərindən biri də bu qüvvələrin əzəldən bir-biriləri ilə düşmənçilik etməsi, daxili didişmələr olub. Düşünürəm ki, qarşıdakı seçkilərdə də onların aqibəti belə olacaq və onlar həmişə olduğu kimi bu didişmə və intriqalara görə yenə də fiaskoya sürüklənəcəklər”.
M.Səfərli qeyd etdi ki, bu qüvvələr heç zaman bir-birini həzm edə bilməyəcək.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info