Mətbuat Şurası ilə Belçika Türkcə Media Birliyi arasında anlaşma memorandumu imzalanıb
Tarix: 01.06.2016 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurası Belçika Türkcə Media Birliyi ilə anlaşma memorandumu imzalayıb. 
Mətbuat Şurasından (MŞ) verilən məlumata görə, sənəd sözügedən qurumun sədri Hüseyn Dönməz, sədr müavini Cəlil Gündoğdu, habelə Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirci, Türk Ocaqları Gent-Belçika Mərkəzinin rəhbəri Rəcəb Tuncer Sarının iştirakı ilə Şurada aparılan müzakirələr nəticəsində ərsəyə gəlib. 
MŞ sədri, deputat Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi təşkilat ölkə jurnalistlərinin özünütənzimləmə orqanı kimi 2003-cü ildə yaradılıb. Qurumun missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Ə.Amaşov MŞ-nin beynəlxalq əlaqələri barədə məlumat verib, türk dünyasının ayrı-ayrı bölgələrində fəaliyyət göstərən media qurumları ilə intensiv münasibətlərdən söz açıb. 
Qeyd edək ki, Beçika Türkcə Media Birliyi Belçikada, eləcə də Avropanın bir sıra ətraf bölgələrində fəaliyyət göstərən TV, radio, qəzet və jurnallarda çalışan türk jurnalistləri özündə birləşdirir. Görüşdə qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Azərbaycan Mətbuat Şurası ilə bağlanmış memorandumun əhəmiyyəti izah edilərkən bildirilib ki, sənəd Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə yayılmasına dəstək, habelə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından önəm daşımaqdadır.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info