Vyetnam televiziyasında Respublika Günü münasibətilə verilişlər yayımlanıb
Tarix: 01.06.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Vyetnam dövlət televiziyasının iki kanalında (VTV1 və VTV4) Azərbaycanın milli bayramı– Respublika Günü münasibətilə verilişlər yayımlanıb.VTV1-in Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovun müsahibəsi əsasında hazırladığı proqramda 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının dövlətçilik ənənələri, onun hüquqi varisi olan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası, ölkəmizin enerji, sənaye, informasiya texnologiyaları, təhsil, səhiyyə sahəsində qazandığı uğurlar, Azərbaycanın liderliyi ilə reallaşan enerji və infrastruktur layihələri barədə məlumat verilib.Səfir, həmçinin Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın tarixi və hazırkı vəziyyəti barədə danışıb, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük təkan verdiyini vurğulayıb. Hər iki ölkənin hakim partiyaları və parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğu, eləcə də humanitar sahədə əlaqələrin inkişaf etdiyi bildirilib.Bundan başqa, VTV4 kanalının Vyetnam, ingilis və rus dillərində xəbər buraxılışlarında da səfir Anar İmanovla müsahibə yayımlanıb. Müsahibədə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə məlumat verilib, iqtisadi, ticari, təhsil, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusda 2015-ci ildə yaradılmış İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info