TPAO-nun rəhbəri: “Neftin ucuz olması Azərbaycanla layihələrə əngəl olmur“
Tarix: 01.06.2016 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Türkiyənin TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkəti Azərbaycana təxminən 9 mlrd. dollar investisiya yatırıb. Bunu TPAO-nun baş direktoru Besim Şişman deyib. "TPAO 1994-cü ildən Azərbaycan bazarındadır. Bizim şirkət Türkiyənin Azərbaycandakı ən böyük investorudur. Bilirsiniz ki, "Şahdəniz" layihəsində iştirak payımızı 9%-dən 19%-ə yüksəltdik. Beləliklə, operatordan sonra ikinci ən iri səhmdarıq. Bundan başqa "Azəri-Çıraq-Günəşli" layihəsində 6,75%-lik payımız var. Bununla yanaşı, Cənubi Qafqaz Boru Kəməri layihəsinin 19%-nə sahibik. Anladığınız kimi, TPAO region üçün önəmli şirkətdir", - deyə baş direktor qeyd edib.  B. Şişman bildirib ki, TPAO yuxarıda qeyd edilən enerji layihələrindəki paylarını maliyyələşdirmək üçün həm yerli, həm də xarici banklardan kreditlər cəlb edir. "Neftin ucuzlaşması fonunda bu sahədə çalışan bütün şirkətlər tədbirli olmağa çalışır. Biz də istisna deyilik. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, həm Azərbaycan, həm də Türkiyə  hökuməti qeyd etdiyim layihələrə güclü dəstək verir və neftin ucuzlaşması layihələrin icrasına əngəl törətmir. Konkret olaraq, bu il üçün TPAO kredit cəlb etməyəcək, buna ehtiyac yoxdur. Üstəlik, neft də bahalaşır və biz gözləmə mövqeyinə keçmişik. Növbəti il vəziyyətə yenidən baxacağıq", - deyə o bildirib.
Baş direktor qeyd edib ki, neftin 1 barrelinin qiyməti yaxın gələcəkdə 60 dolları ötəcək: "Hesab edirəm ki, neftin 1 barrelinin 60 dollar olması neft şirkətləri üçün qaneedicidir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info