Jurnalist təşkilatı Cəlilabadda dini marrifçilik mövzusunda tədbir keçirib
Tarix: 01.06.2016 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Cəlilabad şəhərində “Gənclər arasında dini maarifçlik işinin aparılmasında medianın rolu” adlı tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilər.
Cəlilabad rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Dürdanə Əliyeva gənclər arasında maarifçilik işinin aparılmasının vacib olduğunu bildirib. D.Əliyeva ölkədə sağlam mənəvi mühitin yaranmasına xidmət edən bu cür təşəbbüsləri gələcəkdə də dəstəkləməyə hazır olduqlarını deyib.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə diqqəti Azərbaycanın tolerant ölkə olduğuna çəkib. Birlik sədri qeyd edib ki, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri min illərdi öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirə bilirlər. Tanınmış jurnalist Azərbaycan mətbuatının nəinki dini və irqi ayrıseçkiliyi təbliğ etmədiyini, əksinə, bu cür mənfi hallara qarşı həmişə effektiv müarizə apardığını vurğulayıb.

Cəlilabad rayonunun axundu Hacı Mahmud İslamın dostluq və sevgi dini olduğunu deyib. Axund tədbirdə iştirak edən gəncləri daim oxuyb-öyrənməyə və xeyirxah işlərlə məşğul olmağa çağırıb.

Cəlilabadda işıq üzü görən “Yeni gün” qəzetinin baş redaktoru Böyükxan Bağırlı öz çıxışında Azərbaycanda maarifçlik hərəkatınn tarixinə nəzər salıb. Müasir Azərbaycan mətbuatının zəngin ənənələr üzərində bərqərar olduğunu deyən baş redaktor dini maarifçilik işinin aparılmasında medianın rolunu yüksək qiymətləndirib.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
19.06.2019
Yeni biznes portalı fəaliyyətə başlayıb
19.06.2019
Macarıstan gənc alimləri arasında Qarabağla bağlı təqdimat və kitab sərgisi keçiriləcək
19.06.2019
ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir
19.06.2019
“UAM” jurnalı Azərbaycandan üzr istəyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info