J.Silva: “FAO-nun Azərbaycanda Ofisinin açılması əməkdaşlığın yeni mərhələsidir”
Tarix: 01.06.2016 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Şurasının 154-cü sessiyasında iştirak etmək məqsədilə təşkilatın mənzil-qərargahının yerləşdiyi İtaliyanın Roma şəhərində rəsmi səfərdə olublar.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə FAO-nun 2014-2015-ci illər iş proqramı və büdcəsinin icra hesabatı təqdim olunub, müvafiq qərar qəbul edilib. Həmçinin FAO-nun cari ilin mart-aprel aylarında keçirilmiş 5 regional konfransının hesabatları dinlənilib və müzakirə edilərək təsdiq olunub. Tədbir zamanı üzv ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə digər proqram, büdcə, maliyyə, inzibati və hüquqi məsələlər də müzakirə edilib.
FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə baş direktor Azərbaycan Hökuməti ilə FAO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, azərbaycanlı rəsmilərin FAO-nun rəhbər orqanlarının tədbirlərində yaxından iştirakını yüksək qiymətləndirib.
Joze Qratsiano da Silva FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılmasını və Tərəfdaşlıq Proqramının yaradılmasını əməkdaşlığın yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirib.
Nazir müavini Seyfəddin Talıbov ölkədə aqrar sahədə və ərzaq təhlükəsizliyinin təmin edilməsində qazanılan nailiyyətlərdən, aparılan islahatların müsbət nəticələrindən və fermerlərə dövlət dəstəyinin ildən-ilə artmasından danışıb.
Görüşdə ikitərəfli əlaqələrin perspektivləri, o cümlədən FAO ilə Azərbaycan arasında Cənub-Cənub əməkdaşlığının inkişaf etdirilməsi, azərbaycanlı mütəxəssislərin iştirakı ilə regionda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının dəstəklənməsi məqsədilə respublikamızın aqrar sahədə əldə etdiyi uğurlu təcrübələrin başqa ölkələrdə tətbiqinin vacibliyi, azərbaycanlı mütəxəssislərin təşkilatda təmsilçilik məsələsi müzakirə olunub.
Şura çərçivəsində nümayəndə heyəti üzv ölkələrdən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin etmək məqsədilə keçirilən bir sıra paralel tədbirlərdə də iştirak edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info