“Milli-mənəvi dəyərlərimiz və radikalizmə baxış“ mövzusunda tədbir keçirilib
Tarix: 01.06.2016 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Könüllü Gənclər” İctimai Birliyinin həyata keçirdiyi "Radikallıqla Mübarizədə Mənəvi Dəyərlərimizin Rolu" layihəsi çərçivəsində Bakı şəhəri, Xəzər rayonunda növbəti maarifləndirmə seminarı həyata keçirilib. Seminarda ali məktəblərdə təhsil alan gənclər, orta məktəb şagirdləri və QHT-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Xəzər rayonu Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev ölkədə tolerantlıq mühitinin qorunub saxlanmasının və gənclərimizin milli-mənəvi ruhda tərbiyə olunmasının əhəmiyyətindən danışıb. Daha sonra isə Türkdilli Dövlətlərlə Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Eldəniz Salmanov söz alaraq radikal dini cərəyanların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatlarının qarşısının alınmasında gənclərin üzərinə düşən məsuliyyətdən bəhs etdi və qarşılıqlı mülahizələr aparılıb.
Məruzəçi Fizuli Hüsiyev öz çıxışında qeyd edib ki, ölkəmizdə radikalizmin qarşısını almaq, yeniyetmə və gənclərimizi yad ünsürlərin təsirindən qorumaq üçün cəmiyyətdə mötədil islam anlayışı haqqında maarifləndirmə işinin aparılması zəruridir. Əgər milli-mənəvi, o cümlədən dini dəyərlərimiz gənclərə doğru mənbələrdən, doğru şəkildə öyrədilərsə, bu sahədə düzgün və mütəmadi marifləndirmə işi aparılarsa o zaman radikal qüvvələrin gənclər üzərindəki təsir qabiliyəti zəyifləyəcəkdir. Mövzu ilə əlaqəli gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara tövsiyələr verildi.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər, bloknotlar və qələmlər təqdim olundu.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info