İmişlidə 17 min hektardan çox sahədə taxıl əkilib
Tarix: 01.06.2016 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


İmişlidə taxıl mövsümünə hazırlıq və texnika parklarının vəziyyətinə həsr edilən respublika müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, “Aqrolizinq” ASC-nin 12 regional bölməsindən 47 rayonun nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universitetinin, Aqrar Elm Mərkəzinin, Gəncə və Lənkəran maşın sınaq stansiyasının əməkdaşları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ölkəmizə yeni gətirilən müxtəlif növ taxılbiçən kombaynların sərgisi ilə tanış olublar.
Müşavirədə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu il rayonda 17 min hektardan çox sahədə taxıl əkildiyini vurğulayaraq bildirib ki, hazırda bol məhsul yetişib və ilkin olaraq arpa biçininə başlanılıb. Texnika sarıdan heç bir çətinliyin olmadığını deyən icra hakimiyyətinin başçısı məhsulun tez və itkisiz yığılması üçün rayonda xüsusi qərargah yaradıldığını diqqətə çatdırıb.
Sonra çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, artıq respublikamızda taxıl biçininə başlanılıb. Fermer və torpaq istifadəçilərinin yetişdirdikləri məhsulun qısa müddətdə toplanılması üçün bütün zəruri tədbirlər görülüb, taxılçılıq rayonları kifayət qədər texnika ilə təmin olunub. Məhsulun optimal müddətə yığılıb başa çatdırılması üçün nazirlik tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, əməkdaşlar rayonlara ezam edilib.
Müşavirədə “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov, ASC-nin aqrotexniki xidmətlərin və təchizatın təşkili şöbəsinin müdiri İsrafil İsmayılov və başqaları taxıl yığımı mövsümündə kombaynlardan səmərəli istifadənin və ödənişlərin uçotunun təşkili ilə bağlı məruzələr edib, fermerlərin suallarına aydınlıq gətiriblər.
Sonda taxılyığan kombaynların biçinə hazırlanması üçün metodik təlimatlar təqdim edilib və bununla bağlı videoçarx nümayiş olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kişmişi idxaldan ixrac məhsuluna çevirməliyik
22.08.2019
“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək
22.08.2019
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22.08.2019
Yunəyirici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir
22.08.2019
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info