Naxçıvanda məzun günü qeyd olunub
Tarix: 01.06.2016 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində ənənəvi məzun günü keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada yerli kadr potensialının gücləndirilməsinə göstərilən dövlət qayğısından danışıb. Rektor, universitetin 2015-2016-cı tədris ilindəkı nailiyyətlərindən bəhs edərək bildirib ki, cari tədris ilində universitetdə bakalavr və magistratura pillələri üzrə 1451 gənc öz ali təhsilini başa vurub. Rektor, məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Maraqlı ssenari əsasında hazırlanan məzun günündə universitetin inkişaf yoluna, tələbələrin elm və təhsildə, ictimai işlərdəki nailiyyətləinə nəzər salınıb. Tədbir İncəsənət fakültəsinin, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərlik etdiyi Tələbə Teatr Studiyasının hazırladığı rəngarəng konsert proqramı ilə davam edib. İncəsənət fakültəsinin xalq çalğı alətləri ansamblının müşayiəti ilə mahnı və şeirlər ifa olunub. bayram əhval-ruhiyyəli tədbirin sonunda məzunlar səhnəyə dəvət olunub, “Tələbəlik illəri” mahnısı səsləndirilib, xatirə şəkilləri çəkdirilib.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info