Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları BSU-da
Tarix: 01.06.2016 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı olan ukraynalı həmvətənlərimiz iyunun 1-də Bakı Slavyan Universitetində (BSU) qonaq olublar. Nümayəndə heyəti BSU-da fəaliyyət göstərən Ukrayna tədris və mədəniyyət mərkəzində ukraynaşünaslıq üzrə təhsil alan tələbələr və BSU-nun professor-müəllim heyəti ilə görüşüblər.
Görüşdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, tanınmış iş adamı Rövşən Tağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr muavini Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sabiq sədri Anar Tahirov iştirak ediblər.
Vətənində olmaqdan məmnunluğunu bildirən Rövşən Tağıyev Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyətindən, konqresin Azərbaycan və Ukrayna arasında qurulan əlaqələrin möhkəmlənməsi istiqamətində görülən işlərindən söz açıb. Ümummilli lider Heydər Əliyevin xarici ölkələrdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğısıdan danışan sədr Ulu öndərin təşəbbüsü ilə Ukraynanın 10-dan çox regionunda yaradılan diaspor təşkilatların əhəmiyyəti, həyata keçirilən layihələr barədə gəncləri məlumatlandırıb. Rövşən Tağıyev bildirib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Ukraynanın ictimai həyatında önəmli rol oynayır. Konqres tərəfindən milli vətənpərvərlik ruhunda təşkil olunan tədbirlərə daim dəstək veririlir, Ukraynanın əksər regionlarında yaşayan soydaşlarımızla əlaqələr qurulur. Bakı Slavyan Universitetininin fəaliyyətini yüksək qiymətləndirən R. Tağıyev Ukraynaşünaslıq üzrə təhsil alan gəncləri ictimai həyatda fəal olmağa səsləyib, bu yolda onlardan dəstəyini əsirgəməyəcəyini vurğulayıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr muavini Akif Gülməmmədov və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sabiq sədri Anar Tahirov tələbələrlə belə görüşlərin vacibliyini diqqətə çatdırıblar. Anar Tahirov Ukrayna Azərbaycanlı Gənclər Birliyinin yaranması, gənclərin ictimai həyatında mühüm rol oynayan təşkilatlara üzv olmalarının əhəmiyyəti barədə danışıb. Qonaqlar Ukraynanın ali təhsil müəssisələri ilə qurulan əlaqələrdə BSU-nun ukraynaşünas tələbələrini fəal iştirak etməyə çağırıblar. Bildirilib ki, ukraynaşünaslıq üzrə təhsil alan savadlı gənclərə daim təlabat var.
Sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb. Qonaqlar Ukrayna tədris və mədəniyyət mərkəzinin “Fəxri qonaqlar” kitabına ürək sözlərini yazıblar.
BSU-nun Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info