H.Hüseynova: “Biz çalışmalıyıq ki, ailə ənənələrinin güclənməsi daha da sürətlə getsin“
Tarix: 01.06.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi "İstedadlı uşaqlar-2016" festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə şəhər və regionlardan 250-yə yaxın uşaq, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və Azərbaycanda yaşayan bütün xalqları təmsil edən uşaqlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Beynəlxalq Muğam Mərkəzində davam edən tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib və uşaq hüquqlarının müdafiəsinə, onların sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. Bütün bunlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi üçün milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. Komitə sədri diqqətə çatdırıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır və yekunlaşmaq üzrədir.
Onun sözlərinə görə, dünyada uşaq hüquqlarının müdafiəsi sahəsində uğurlar əldə edilsə də, bir çox ölkələrdə bu məsələ ilə bağlı problem qalmaqdadır.
Komitə sədri bildirib ki, Azərbaycanda uşaqların təhsildən yayınması, erkən nikaha cəlb olunması, zorakılıq hallarının sayının daha da azaldılmasına, Ailə Dəstək Mərkəzlərinin işinin daha da gücləndirilməsinə nail olmaq nəzərdə tutulur: "İctimaiyyətin mövqeyi daha da gücləndirilməlidir ki, insanların problemlərə biganəliyi olmasın. Uşağın böyüdüyü əsas mühit ailədir, ona görə də biz çalışmalıyıq ki, ailə ənənələrinin güclənməsi daha da sürətlə getsin". 
Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova bildirib ki, ölkəmizdə uşaq hüquqları ilə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. Uşaq Məcəlləsinin hazırlanması istiqamətində isə müəyyən işlər görülür.
BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsinin müavini xanım Nato Alxazişvili çıxışında Azərbaycanda reallaşdırılan dövlət uşaq siyasətini yüksək qiymətləndirib.
Sonra uşaqların rəsm əsərləri nümayiş olunub. Həmçinin 2015-ci və 2016-cı illərdə uğur qazanmış uşaqların fəaliyyətini özündə əks etdirən “İstedadlı uşaqlar-2016” filminin təqdimatı olub. Mərasimdə elm, təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edib qalib gəlmiş uşaqlar mükafatlandırılıblar. Qaliblərə “Azərbaycanın gələcəyi” kuboku, diplomlar və hədiyyələr təqdim olunub. Milli Məclisin deputatlarının, dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info